ArxivXəbər lentiXəbərlər

ABŞ mətbuatı Azərbaycanda saytların bloklanmasından yazdı

ABŞ-ın “The Associated Press” xəbər agentliyi Azərbaycan hökumətin müstəqil xəbər saytlarını bloklamaq cəhdlərindən yazıb.

Agentlik yazır ki, Azərbaycan məhkəməsi hökumətin tələbilə bir neçə müstəqil və müxalif xəbər orqanlarının saytlarının bloklanmasını nəzərdən keçirir. Bura ABŞ-ın maliyyələşdirdiyi Azadlıq radiousu da daxildir.

Bu xəbər orqanları zorakı hökumət çevrilişini dəstəkləməkdə və radikal dini qrupların fəaliyyətini təşviq etməkdə günahlandırılır. Onlar bu ittihamları inkar edir.

Azadlıq radiosunun prezidenti hökumətin bu addımını müstəqil mətbuatın gözünü qorxutmağa hesablanmış bariz sensura cəhdi adlandırıb.

Azadlıq qəzetinin vəkili Cavad Cavadov “The Associated Press”-ə deyib ki, bazar ertəsi günü baş tutmuş məhkəmədə hökumətin iddialarını dəstəkləyən heç bir sübut təqdim olunmayıb.

Müdafiə tərəfinin vəkilləri məhkəmədən sözügüdən xəbərlərin linqvistik ekspertizasının keçirilməsini istəyib.

İlkin

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button