ArxivXəbər lentiXəbərlər

İran Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsini istəyir

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri ümidvarlıq edib ki, Dağlıq Qarabağ münaqişəsi region ölkələrinin ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində sülh yolu ilə həll olunacaq.

Möhsün Pakayin Həzrət İmam Xomeyninin (rə) şəxsiyyəti barəsində keçirilən mətbuat konfransının kənarında jurnalistlərdən birinin Qarabağ münaqişəsi barədəki sualını cavablandırıb: Dağlıq Qarabağ münaqişəsi barəsində İranın mövqeyi dəyişməyib. Ümidvarıq ki, bu münaqişə region ölkələrinin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq qanunlara əsasən sülh yolu ilə həll olunacaq.

O əlavə edib: Tehran atəşkəs və iki ölkə müzakirələrinin davam etməsini dəstəkləyir və ümid edir ki, sülh danışıqları müsbət nəticəyə varacaq.

İranın Bakıdakı səfiri Minsk Qrupunun sülh müzakirələrinin istiqamətləndirilməsində aktiv iştirak etməklə yanaşı bu böhranın həlli üçün çoxlu səylər göstərməli olduğunu bildirərək deyib: Beynəlxalq qaydalar çərçivəsində və beynəlxalq qətnamələrin icrası ilə dinc həll yolunun tapılması üçü müzakirələrin davam etməsi təsiredici ola bilər.

İran səfiri həmçinin şimal-cənub dəhlizi dəmiryolunun birləşdirilməsi barəsində də deyib: Şimal-cənub dəhlizi dəmiryolunun birləşdirilməsi üzrə icra işləri sürətlə irəliləyir.

O əlavə edib: Azərbaycan tərəfindən icra işləri başlanıb və sürətlə davam edir və İran tərəfində də sərhəd yük terminalının inşasına başlanıb və sürətlə irəliləyir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button