ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Məclisin qanunvericilik ləyaqəti onun nəzarət ləyaqətindən olduqca yüksəkdir

Həzrət Ayətullahuluzma Xamenei bu gün İran İslam Şurası Məclisinin on birinci çağırışının nümayəndələri ilə görüşdə bu məclisi bütövlükdə və ümumi baxışda inqilabçı, gənc, çox fəal və ölkə problemlərinin aradan qaldırılması üzrə yaxşı qərarlar qəbul edən bir məclis adlandırıblar.
Cinah mülahizələri kimi hallardan təsir almamaq da daxil olmaqla qanunvericiliyin zərurətlərini bəyan edən o həzrət deyiblər: Məclisin sonuncu ilində yarımçıq qalmış layihə və planların araşdırılması və/ inflyasiyanın aradan qaldırılması və istehsalın inkişafı olan ilin şüarının həyata keçməsi üçün lazım olan qanunların qəbul edilməsini fasiələsiz səylə nəticəyə çatdırın.
Həzrət Ayətullahuluzma Xamenei hər cür qanunvericilikdə ümumi siyasətlərə tam diqqəti tamamilə zəruri adlandırıb və deyiblər: Qanunu Allahın razılığı üçün sağlam və paklıqla yazın və əgər belə olarsa, mütləq bərəkət verər.
İnqilab Rəhbəri ölkənin problemlərinin müəyyən edilməsi və onların həlli üzrə qanuvericiliyi on birinci məclisin özəlliklərindən sayıb və əlavə ediblər: Korrupsiya ilə mübarizə üzrə başlıca qanunlar ayrı-seçkilik və inhisarın aradan götürülməsi, əmək və fəaliyyət mühitinin yaxşılaşdırılması və qətiyyət və açıq şəkildə qəbul edilibdir.
Həzrət Ayətullahuluzma Xamenei hazırkı məclisin bəzi qərarlarını strateji adlandırıb və deyiblər ki: Qanun sanksiyaların ləğvi üçün bir strateji hərəkət, həmçinin mühüm və əsaslı bir qərar idi və ölkəni nüvə məsələsindəki çaş-başlıqdan və bilməməzlik vəziyyətindən xilas etdi ki, onun icrasının nəticələri hətta beynəlxalq arenada belə, müşahidə olunur.
Həzrət Ayətullahuluzma Xamenei düzgün baxış və yanaşmanı, quruluş məcmuəsini vahid varlıq kimi görmək və mükəmməl olmaq adlandırıb və əlavə ediblər ki, məclis və dövlətin yanaşması həmkarlıq və sinerji olmalıdır.
İslam İnqilabının Böyük Rəhbəri öz çıxışlarının əvvəlində üç xordad, Xürrəmşəhrin azad edilməsi münasibətilə bu möcüzəvi qəhrəmanlıqla bağlı, böyük İran xalqını təbrik ediblər.
O həzrət həmçinin Beytülmüqəddəs əməliyyatı barədə yazılmış kitabları mütaliə etməyi tövsiyə etməklə söyləyiblər: Bu əzəmətli fəthdən ən mühümü, təşəbbüslər, hərbi akademiyalarda tədris olunmağa layiq hərbi planlar, insanın adi gücündən yüksək rəşadət və fədakarlıqlar, yüksək dərəcəli şəhidlər, həmin nadir əməliyyatda baş vermiş digər cərəyan və həqiqətlərdir ki, təsirini itirməsi və unudulmasına yol verilməməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button