ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Mənbə: İŞİD lideri Suriya Ordusu tərəfindən məhv edilib, ABŞ deyil

“İŞİD-in Əbu-Bəkr əl-Bağdadi və Əbu-İbrahim Qurəşidən sonra üçüncü lideri olan terrorçu Əbul-Həsən Qurəşi Suriya Ordusu tərəfindən Dəra əyalətində məhv edilib, ABŞ və onun dəstəklədiyi birləşmələr tərəfindən deyil.”
bu barədə Suriyada təhlükəsizlik mənbələri Sputnik-ə açıqlama veriblər.
Bildirilib ki, İŞİD terror təşkilatının lideri Əbul-Həsən Qurəşinin öldürülməsi ilə bağlı ötən günkü bəyanatından sonra ABŞ Ordusu da bəyanat verib və guya bu şəxsin Dəra əyalətində “Azad Suriya Ordusu” tərəfindən öldürüldüyünü bildirib.
Mənbələr bildiriblər ki, ABŞ tərəfinin iddiaları əsassızdır. Çünki Əbul-Həsən Qurəşi həmin “Seyf Bağdad” və “Əbdürrəhman əl-İraqi” ləqəbli terrorçudur ki, ötən ay Dəra əyalətinin Casim rayonunda həyata keçirilən birgə əməliyyatda məhv edilib.
Bu mənbələr bildiriblər ki, Əbdürrəhman əl-İraqi Suriyanın cənubunda İŞİD-ə rəhbərlik edən şəxs idi ki, yeri məlum edildikdən sonra sığınacağı özü və tərəfdarları ilə birgə məhv edilib.
Qeyd edək ki, İŞİD terror təşkilatı ötən günkü bəyanatında elan edib ki, təşkilatın yeni lideri Əbul-Hüseyn Hüseyni Qurəşidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button