ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Leonid Slutski: Azərbaycan Rusiya üçün strateji əhəmiyyət kəsb edir

bunu Liberal Demokrat Partiyasının sədri, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Leonid Slutski “Moskva-Bakı” portalına müsahibəsinə deyib.
“Bizim Azərbaycan Respublikası ilə ölkələrimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı əhəmiyyətli layihələrimiz var. Bu layihələr, nəqliyyat-logistika, təbii qazın hasilatı və nəqli istiqaməti və digər sahələri əhatə edir. Xüsusilə, Azərbaycanla müştərək “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Baltikdən Azərbaycandan keçməklə İranın Fars körfəzindəki Bəndər Abbas limanına qədər uzanan dəmir yolu xətti strateji əhəmiyyətli layihələrdir. Mübaliğəsiz, bu, əsrin layihəsidir, bu bir növ Süveyş kanalına bir növ alternativdir. Biz Azərbaycan və İranla birlikdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası çərçivəsində 136 kilometrlik Rəşt (İran) – Astara (Azərbaycan) dəmir yolu çəkməliyik”, deyə Slutski vurğulayıb.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayacaq.
Deputat əlavə edib ki, Rusiya və Azərbaycanın, İranın və bir sıra digər ölkələrin dövlət, hökumət başçılarının, müvafiq idarələrinin vəzifəsi layihənin sürətlə həyata keçirilməsinə töhfə verməkdir.
“Fars körfəzi dövlətləri arasından yeni iştirakçıların layihəyə qoşulacağını istisna etmirəm. Bu, dünyanın əhəmiyyətli bir hissəsində nəqliyyat və logistika zəncirlərini tamamilə dəyişdirəcək bir layihədir. Ən azı böyük Avrasiya qitəsi miqyasında. Biz bu layihənin inkişafına diqqət yetirəcəyik, onun həyata keçirilməsinə öz töhfəmizi verəcəyik. Biz Azərbaycanla tərəfdaşlığı inkişaf etdirəcəyik və əlaqələri hərtərəfli artıracağıq. Əminəm ki, 2023-cü il buna mühüm töhfə verəcək”, deyə siyasətçi qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button