ArxivXəbər lentiXəbərlər

İrəvanda səs-küylü həbs: “Müdafiə naziri” vuruldu

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağ separatçılarının keçmiş “müdafiə naziri” Samvel Babayanın 22 martda həbs edildiyini təsdiqləyib.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, Samvel Babayan və daha iki şəxs “İqla” zenit-raket kompleksinin qaçaqmalçılığında ittiham edilərək həbsə alınıb. Mənbənin iddiasına görə, istintaq nəticəsində ZRK-nın hissələri Ermənistana Samvel Babayanın sifarişi əsasında gətirilirmiş.

Ekspertlərin sözlərinə görə, gətirilən 9M39 raketi istifadəyə yararlıdır.

Qeyd edək ki, bundan öncə Ermənistana “İqla” ZRK-nın keçirilməsinin qarşısının alındığı barədə rəsmi məlumat verilmişdi. Bildirilirdi ki, bununla bağlı iki Ermənistan vətəndaşı saxlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button