ArxivXəbər lentiXəbərlər

İlham Əliyev müsəlman həmrəyliyinə təkid edib

Azərbaycan Respublikası prezidenti deyib: Müsəlman ölkələri öz aralarındakı problemləri dinc yolla həll etməlidir

İRİB-in verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev mübarək ramazan ayı münasibəti ilə müsəlman öllkələrin səfirləri və diplomatları ilə görüşündə deyib müsəlman ölkələrin öz aralarındakı problemləri asanlıqla həll edəcəklərinə əmin olduğunu bildirib və müsəlman ölkələrin birliyi və həmrəyliyinin gücləndirilməsini vurğulayıb.

İlham Əliyev deyib: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə öz töhfəsini verir. “Bildiyiniz kimi, bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. İl ərzində ölkəmizdə və digər ölkələrdə bir çox tədbirlər keçirilib.

Azərbaycan Respublikası prezidenti Qarabağ münaqişəsinin həllinə təkid edərək işğal olunmuş torpaqların durumunu şərh edib və münaqişənin BMT qətnamələri əsasında həll edilməsini istəyib.

İlham Əliyev Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri dağıtmasına da diqqət çəkərək deyib: Bu islam dünyasına qarşı cinayətdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button