ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Kürdə suyun həcmi 27 faiz azalıb

Salyan və Neftçala rayonun sakinləri bildirirlər ki, Kür çayında suyun səviyyəsinin azalması kənd təsərrüfatına ciddi ziyan vurub.
Qafqaz.ir-nin məlumatına əsasən, sakinlərdən biri bu haqda deyib: “Kür çayında su səviyyəsi o qədər düşüb ki, heç paltar yumaq da mümkün deyil. Bu da su nasoslarının işinə mane olur, çoxu xarab olub. Əkinlərin suvarılması qeyri-mümkün olub.
Sakinlər həmçinin iddia edir ki, Kür çayının səviyyəsinin azalması salınmış aqroparklarla bağlıdır.
Turan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən aldığı məlumatda bildirir ki, qlobal iqlim dəyişiklikləri səbəbindən, ilin isti aylarında respublikanın su ehtiyatlarının böyük hissəsini təşkil edən Kür və Araz çaylarının sululuqlarının azalması, dağ çaylarının böyük əksəriyyətinin isə tamamilə quruması müşahidə olunmaqdadır.
“Respublikanın ərazisinin təqribən yarısının arid (quraq-red) iqlim zonasında yerləşdiyini nəzərə alsaq əhalinin artan sayı və kənd təsərrüfatının inkişafı fonunda bu təsirlərin daha da artacağı gözlənilir”,- Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirib.
Qurumda qeyd olunub ki, keçmiş illərə nəzər salsaq görərik ki, Mingəçevir su anbarına çoxsululuq dövrlərdə daxil olan su həcmi 15-16 mlrd. kbm, azsululuq illərində 8-9 mlrd. kbm olsa da, son illərdə bu göstərici 6-7 mlrd. kbm-ə qədər azalmışdır.
“Verilən proqnoz məlumatlara əsasən ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 % azalması gözlənilir. Bütün bu qeyd olunanları nəzərə alsaq su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasına, onların qorunmasına və mühafizə edilməsinə böyük ehtiyac vardır”, Cəmiyyətin Turana verdiyi məlumatda deyilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button