ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

KTMT kontingenti Qazaxıstanda nə qədər lazım olacaqsa, o qədər də qalacaq

Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı eyni zamanda sülhməramlı kontingentin Qazaxıstanda nə qədər lazım olacaqsa, o qədər də qalacağını əlavə edib.

Qazaxıstandakı hadisələri kənar müdaxilələrin nümunəsi adlandıran Putin deyib: Amma biz evimizdə vəziyyəti dəyişməyi, rəngli inqilab ssenarilərinin reallaşdırılmasına imkan verməyəcəyimizi göstərdik.

Rusiya Prezidenti Qazaxıstanda baş verənləri aqressiya aktı adlandırıb: “Biz Qazaxıstanda beynəlxalq terrorizmin təcavüzünü müşahidə edirik. Silahlılar “qaynar nöqtələr”də təlimlər keçiblər”.

Putin Qazaxıstanda Maydan texnologiyasından istifadə olunduğunu da qeyd edib: “Ölkədə baş verənlər xaricdən müdaxilənin nəticəsidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button