ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Paşinyan Azərbaycanın hakim dairələrinə yenə də yox dedi

 Nikol Paşinyan parlamentdə çıxış edərkən bildirib ki, onun ölkəsi regionda kommunikasiyaların açılmasında hamıdan çox maraqlıdır.
“Regionda kommunikasiyaların açılması, əsasən Ermənistan-Azərbaycan dəmir və avtomobil yollarının açılması bizim Avrasiya İqtisadi Birliyi ilə, təkcə onunla da yox, əmtəə dövriyyəmizi əhəmiyyətli dərəcədə artıracaq.
“Biz daha çox maraqlıyıq, çünki 30 ildir blokadadayıq, heç birinin – nə Azərbaycanın, nə də Türkiyənin bu yollara Ermənistan qədər ehtiyacı yoxdur”, – deyə Paşinyan söyləyib.
O, Zəngəzur dəhlizini nəzərdə tutaraq deyib ki, Türkiyə və Azərbaycan Ermənistanı “9 noyabr tarixli üçtərəfli bəyanatda yazılmayanları reallaşdırmağa” məcbur etmək istəyirlər. Lakin Ermənistan qanunvericiliyi çərçivəsində yolu açmağa hazırdır, lakin hansısa dəhlizin verilməsindən söhbət gedə bilməz.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button