ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Kölndə cümə günləri azanın verilməsinə icazə verildi

 Almaniyanın Köln şəhərində cümə günləri səsucaldanlardan azanın verilməsinə icazə verilib.

Bu barədə adıçəkilən şəhərin meri Henrietta Reker elan edib.

Bildirilib ki, bu, ikillik pilot layihə çərçivəsində həyata keçiriləcək.

“Kölnün bir çox sakinləri müsəlmanlardır. Nəzərimcə, müəzzinin çağırışına icazənin verilməsi ehtiram əlamətidir”, – deyə Reker qeyd edib.

Onun sözlərinə görə, müsəlmanların azanı şəhərin müxtəlifliyini nümayiş etdirəcək.

“Kölnün mərkəzi vağzalına gələn hər bir kəs onun baş kilsəsi və onun kilsə zənglərinin səsi ilə salamlanır. Bizim müsəlman vətəndaşlarımız da şəhərin ayrılmaz bir hissəsidir. Bizim şəhərdə kilsə zənglərinin yanında azanın səsi müsəlmanların dəyərlərinə ehtiram demək olacaq”, – deyə mer əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button