Rusiya ABŞ-la uzunmüddətli qarşıdurma üçün kifayət qədər hərbi və iqtisadi potensiala malikdir və 2023-cü ildə Ukrayna münaqişəsinə uğurla son qoymaq üçün qətiyyətli addımlar ata bilər.
bu fikir Çinin “Global Times” qəzetində çərşənbə axşamı dərc edilən məqalədə yer alıb.
Nəşrə müsahibə verən çinli ekspertlər hesab edirlər ki, “Rusiya təkcə Ukrayna ilə deyil, həm də ABŞ, eləcə də digər Qərb ölkələri ilə təkcə hərbi deyil, o cümlədən iqtisadi baxımdan uzunmüddətli qarşıdurma üçün lazım olan qətiyyət və güc nümayiş etdirir”.
Onların fikrincə, 2023-cü ildə “Rusiya Federasiyası Ukrayna münaqişəsinə son qoymaq üçün qəti addımlar ata bilər”.
Köşə yazarları qeyd edirlər ki, “Qərbin Kiyevə böyük maliyyə və hərbi dəstək vermə qabiliyyətinin davamiyyəti sual altındadır”. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, ABŞ və müttəfiqləri gələn il Ukraynada münaqişənin gərginləşməsinə səbəb olmağa çalışacaqlar.
“Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı Konqresdəki çıxışı onun mövqeyini nədən ibarət olduğunu nümayiş etdirdiyi üçün Ukrayna və ABŞ üçün danışıqlar sahəsi məhduddur. Hazırkı vəziyyətdə Amerika qanunvericiləri “siyasi düzgünlüyə” riayət etmək məcburiyyətindədirlər. Buna görə də gərginliyi azaltmaq, hətta ən azı çətin iqtisadi vəziyyətdə fasilə vermək üçün Rusiya Federasiyası ilə dialoqa can atsalar da, Moskvaya qarşı sərt mövqelərini dəyişməyə cəsarət etməyəcəklər. ABŞ prezidenti Co Bayden yenidən prezident seçilməsi üçün Ukraynadan “uğurlu kart” kimi istifadə etməkdən çəkinməyəcək”. Rusiya ilə ABŞ arasında birbaşa münaqişə üçün heç bir ehtiyac və məqbul şərtlər yoxdur. Vaşinqton Amerika tərəfi üçün böyük mənfi nəticələri olmayan və digər ölkələrin əli ilə aparılan müharibələrdə maraqlıdır”, deyə Şərqi Çin Pedaqoji Universiteti yanında Rusiya Araşdırmaları Mərkəzinin eksperti Tsuy Hen bildirib.