AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Kimin yanında olmaq lazımdır; Fələstinin yoxsa İsrailin?

Azərbaycan dövləti İslam dünyasının tərkib hissəsi kimi özünün rəsmi siyasətində Fələstinin müstəqilliyini, o cümlədən bununla bağlı BMT qətnamələrinin yerinə yetirilməsini dəstəkləyir. Bunu Azərbaycanın imzaladığı müxtəlif beynəlxalq sənədlər və ölkə başçısının 2019-cu il İstanbulda İslam Əməkdaşlıqlar Təkilatının fövqəladə sammitindəki məlum çıxışı da göstərir. Orada prezident İlham Əliyev Fələstinin yanında olduğunu rəsmən elan etdi və ABŞ prezidentinin Qüds şərifi İsrailin paytaxtı kimi tanımasına, səfirliklərini bu müsəlman şəhərinə köçürmələrinə görə narahatlığını ifadə etdi. Bu kontekstdə İsrailin bu günlər Fələstin xalqına qarşı qəddarlığı, məzlum fələstinlilərə divan tutması qarşısında Bakının da ədalətli mövqe sərgiləməsi, Xarici İşlər Nazirliyinin İsrailin cinayətlərini qınaması gözlənilirdi. Halbuki tamamilə fərqli mənzərə və dövlət səviyyəsində mənalı susqunluq müşahidə olunur.

Politolq Elxan Şahinoğlu bu mövqeyi qənaətbəxş sayaraq özünün facebook paylaşımında yazır ki, Azərbaycanın İsraillə sıx əlaqələri var. İsrail neftə olan tələbatının təxminən 40 faizini Ceyhan limanı üzərindən Azərbaycandan alır. Digər tərəfdən Azərbaycan İsraildən ən modern silahlar alır. Bu silahların Azərbaycan ordusunun 44 günlük müharibə zamanı uğurlarında payı oldu. Ona görə də Türkiyənin praqmatik prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycandan İsraillə münasibətləri yenidən baxmağı tələb etməyəcək.

Politoloq həmçinin üstü örtülü şəkildə rəsmi Ankaranı ikiüzlülükdə ittiham edib. “Türkiyənin özü də İsraillə siyasi münasibətlərin gərginliyinə baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələrdən imtina etməyib, əksinə artım var, elə Azərbaycan nefti İsrailə Türkiyənin limanı üzərindən satılır”-deyə Elxan Şahinoğlu Ərdoğan hökumətinin Fələstində yaşanan olaylarla bağlı mövqeyində səmimi olmadığına eyham vurub.

Bununla yanaşı təqribən bütün dünyanın Qüdsdə yaşanan olaylara görə İsrail rejimini qınadığı bir vaxtda vəkil Aslan İsmayılov bu rejimin cinayətlərinə etiraz etməməyi Azərbaycan dövlətinə məsləhət görüb.

Vəkil özünün instaqram paylaşımında bildirib ki, İsrail-Fələstin qarşıdurmasında Fələstini dəstəkləmək heç bir məntiqə sığmır və bu, ən azından öz vətəninə, ölkənin milli maraqlarına ziddir.

O, öz fikirlərini əsaslandırmaq üçün Qarabağ münaqişəsində fələstinlilərin guya ermənilərə, İsrailin isə Azərbaycana dəstək verdiklərini iddia edib.

İsrailin Fələstin torpaqlarındakı vəhşiliklərini əsaslandırmaq məqsədilə bu kimi açıqlamaların təbii ki, işğalçılığın acılarını yaşamış Azərbaycan xalqı tərəfindən təsdiqlənməsi inandırıcı deyildir. Bunu sosial şəbəkələrdə gedən müzakirələrdə daha artıq hiss etmək olur. Belə ki, insanların böyük əksəriyyəti İsrailə nifrətlərini açıq-aşkar bəyan edir və Fələstin xalqının haqlı mübarizəsini dəstəkləyir.

Qeyd olunur ki, hər gün Fələstinin öldürülən körpələri dünyaya çağrış edərək hələ də ölməyən vicdanları qətliama yox deməyə, etiraza səsləyir. Amerika rəhbərləri və onlara müttəfiq dövlətlərin birləşdiyi imperializm qütbünün Qüdsü İsrailin paytaxtı kimi tanıması fikrində eyni siyasəti sərgiləməsi müqabilində, bütün müsəlman ölkələrinin Qüdsün Fələstinin paytaxtı olma həqiqətində birlik nümayiş etdirməsi və dirəniş göstərməsi bu işin tək çıxış yoludur.

Qəhrəman Nurani

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button