AktualAktualmədəniyyatXəbər lentiXəbərlər

İranla Naxçıvan arasında viza rejimi sadələşdirildi

Bu viza digər Azərbaycan şəhərlərə şamil olunmur.

Azərbaycan və İran hökuməti İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına girişi üçün birdəfəlik vizanın (15 gün müddətinə) tətbiq edilməsi haqqında razılıq bu gündən güvvəyə minib. 

Oxu.Az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin konsulu Möhsün Molayi bildirib.

Onun sözlərinə görə, avqustun 6-da Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının nəticələrinə görə bu razılıq əldə olunub.

Vizanın qiyməti 10 avrodur. Viza Sədərək, Şahtaxtı və Culfa sərhəd-buraxılış məntəqələrində rəsmiləşdiriləcək. Bu viza İran vətəndaşlarına yalnız Naxçıvana səfər etmək imkanı verəcək, digər Azərbaycan şəhərlərə şamil olunmur, konsul bildirib.

Ümüd edirik ki, viza rejiminin sadələşdirilməsi Azərbaycan və İranın sərhədyanı rayonlarında turizmin, ticari münasibətlərin inkişafına kömək edəcək, konsul Molayi əlavə edib. (trend)

www.oxu.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button