ArxivXəbər lentiXəbərlər

Gürcüstanda Kərbəla sərvərlərinin mübarək mövludu qeyd edildi – FOTO

Laqodexinin Qabal kəndində Həzrət İmam Hüseyn (ə), Həzrət İmam Səccad (ə) və Həzrət Əbəlfəzl-Abbasın (ə) mövlud günləri münasibəti ilə bayram tədbiri keçirilib.

qafqaz.ir İslamazeri.com-a istinad xebere gore. xəbər verir ki, Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində Həzrət İmam Hüseyn (ə), Həzrət İmam Səccad (ə) və Həzrət Əbəlfəzl-Abbasın (ə) mövlud günləri münasibəti ilə bayram tədbiri keçirilib.

Tədbirdə din xadimləri, dövlət rəsmiləri və Laqodexinin kəndlərindən dəvət olunan müsəlmanlar iştirak edib.

Axund Kərbəlayi Kamranın aparıcılığı ilə keçirilən tədbir Qurandan bir neçə ayəni tilavət etməsi ilə başlayıb.

Daha sonra  Əhlibeyt məddahı Kərbəlayi Səid Həsənin ifasında ilahi nəğmələr, şeir və qəsidələrlə şən əhval ruhiyyədə keçirilən mərasimdə öncə parlamentin üzvü Quram Macaraşvili, Laqodexi munisipalitetinin meri Condo Mdivilişvili, bələdiyyə sədri Qarlo Camburia çıxış edərək məclis iştirakçılarını bayram günləri münasibəti ilə təbrik edib xoş arzularını çatdırıblar.

Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şaban ayının əvvəl günlərinə təsadüf edən mövludlar münasibəti ilə təbriklərini çatdırıb Əhli-beytin və İmam Hüseynin (ə) fəziləti, şəxsiyyəti və O Həzrətin həyatından alınan dərslər haqda geniş məlumat verib.

Tədbirdə iştirak edən İcra hakimin nümayəndəsi Namaz Allahverdiyev, Şərqi Gürcüstan Müftisinin nümayəndəsi Aqil Mamedov, ictimai xadim Hüseyn Mamedov və Camal Niyazov da əziz günlər münasibəti ilə təbrik edib təşkilatçı Gürcüstan Müsəlmanları İdarəsinə və əməyi keçən hər kəsə təşəkkür ediblər.

Mərasimin sonunda dövlət rəsmilərinə Qurani-Kərim və adları Hüseyn, Abbas, Səccad və Əli olanlara hədiyyələr təqdim olunub.

Tədbir ölkə və İslam dünyası üçün dualar oxunmaqla və sonda “Fərəc” duası ilə sona çatıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button