ArxivIslamXəbər lentiXəbərlər

Kanadada artıq 4-cü məscidi bağlayırlar

Kanadanın Quebec vilayətinin Montrealin Saint-Laurent bölgəsində yerləşən “Əl-Andalusiya İslam Mərkəzi” kimi fəaliyyət göstərən məscid bələdiyyə tərəfindən icazə yenilənmə tələbi rədd edilməsi səbəbindən 3 aprel tarixində bağlanacaq. Məscidin bu tarixdə bağlanmaması halında gündəlik 1000 Kanada dolları (840 AZN) cərimə ödəmək məcburiyyətində qalacaq.
Mövzu ilə bağlı açıqlma verən Saint-Laurent Bələdiyyə sədri Sahə Desousa binaya icazənin 2012-ci ildə “Kanada İslami Elmlər Assosiasiyası” adından verildiyini, 2013-cü ilin may ayında da “bölgədəki müsəlman əhalisinin artması səbəbindən tələb edilən məscid lisenziya müraciətinin isə rədd edildiyini” açıqlayıb.
Bu barədə məscid rəhbərliyini xəbərdar etdiklərini deyən sədr Desousa, Montrealin ən böyük və ən məşhur məscidlərindən biri halına gələn “Əl-Andalusiya İslam Mərkəzi”nə hər cümə mindən çox müsəlmanın ibadət üçün gəldiyini, bunu regionun yenidənqurma planına uyğun olmadığını deyib.
Quebec vilayətində təkcə keçən fevral ayında 3 məscid müxtəlif bəhanələrlə bağlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button