ArxivXəbər lentiXəbərlər

İraqda daha bir Azərbaycanlı terrorçu məhv edildi – Foto

Ölən Azərbaycanlı vəhhabilərdən birinin ləqəbi Əbu Əbdillah Azərbaycani olduğu deyilir.

İraq və Suriya xalqına qarşı aparılan müharibələrdə xeyli sayda Azərbaycanlı sələfilərin iştirak etdikləri heç kimə gizli deyildir.

Bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi məlumatlarında bu faciə ilə bağlı araşdırılma aparılacağına söz verilsə də, lakin günü gündən Azərbaycan vətəndaşlarının fərdi sürətdə deyil bəlkə də, ailə və uşaqları ilə birlikdə Suriya və İraqa məhz Müsəlman qanın axıtmaq üçün getməkdə davam edirlər…

İraqdan alınan məlumatlarda isə, bu xalq qəti sürətdə Səud, Qətər, Misir, Çeçen, … və Azərbaycanlı quldurların adlarını Ərəb adı ilə dəyişərək özlərini İraqlı kimi qələmə verib, İraq Xalqı və Dövləti əleyhinə vuruşmalarına qəti etirazlarını bildiriblər. Qeyd olunan xarici quldurlardan bəziləri hətta İraq Xalqı əleyhinə intihar əməliyyatları belə keçirirlər.

Mosulda Samirra şəhərinin ətraf bölgələrində İŞİD-ə qarşı aparılan döyüşlərdə xeyli sayda Qafqazlı və Azərbaycanlı sələfilərin öldürüldüyü terror şəbəkələri tərəfindən öz təsdiqini tapıb.

Ölən Azərbaycanlı vəhhabilərdən birinin ləqəbi “Əbu Əbdillah Azərbaycani” olduğu deyilir. Onun Azərbaycanın hansı rayonundan olduğu haqda isə əldə məlumat yoxdur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button