ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası Təbriz Beynəlxalq Fəcr Teatrı Festivalında iştirak edəcək

Azərbaycan Respublikasından olan “Qadın və ər” tamaşası Təbrizdə keçiriləcək 35-ci Beynəlxalq Fəcr Teatrı Festivalında iştirak edəcək.

IRIB-nin məlumatına görə, Azərbaycan Respublikası Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev deyib: Azərbaycan Respublikasının tanınmış bəstəkarı və dramaturqu Üzeryir Hacıbəyovun yazdığı ki hissəli “Qadın və ər” tamaşası qeyd olunan festivalda nümayiş etdiriləcək.

O, əlavə edib: Azərbaycan Respublikası Dövlət Musiqili Teatrı ikinci dəfədir ki, Beynəlxalq Fəcr Teatrı Festivalında iştirak edir və bundan öncə ilk dəfə 2010-cu ildə bu festivalda iştirak etmişdi.

Son zamanlar İranın Şərqi Azərbaycan vilayətinin Tamaşa Sənətləri Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Musiqili Teatrı mədəniyyət və incəsənət əməkdaşlıqlarının genişləndirilməsi sahəsində beşillik anlaşma sənədi imzalayıblar.

35-ci Beynəlxalq Fəcr Teatrı Festivalı 2017-ci il yanvarın 13-dən 18-dək Təbrizdə keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button