ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Kadırov: “Əziz qazax qardaş və bacılar, dayanın! Bu, xeyirə aparmayacaq”

Çeçenistan rəhbəri Ramzan Kadırov Qazaxıstandakı iğtişaşların iştirakçılarına müraciət edərək, onları öz gələcəkləri naminə dayanmağa səsləyib.

“Əziz qazax qardaş və bacılar. Dayanın! Uca Allaha and olsun ki, bu, xeyirə aparmayacaq” – deyə Kadırov vurğulayıb.

Çeçenistan rəhbəri əlavə edib ki, qazın hazırkı bahalaşması sabah Qazaxıstan üçün daha az problem sayılacaq: “Çünki hər şey bahalaşacaq, ancaq siz xarabalıqlarda yaşayacaqsınız. Bu gün siz varlığınızı sübut etdiniz, artıq bəsdir! Etdikləriniz doğru deyil. Niyə yandırmaq, məhv etmək, oğurlamaq lazımdır?. Mən indi qardaş qazax xalqı və Qazaxıstan üçün təəssüflənirəm” – deyə Kadırov fikirlərini tamamlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button