AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Kəşfiyyat Nazirliyi: Şiraz terror cinayətinin istiqamətləndirmə və əlaqələndirməsinin əsas ünsürü Azərbaycan Respublikası vətəndaşı olub

Kəşfiyyat (Ettelaat) Nazirliyi Şirazda baş vermiş terror cinayəti ilə bağlı bəyanat yayıb və hadisənin təfərrüatlarını açıqlayıb.
Qafqaz Həqiqətləri-nin “Fars” Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Kəşfiyyat Nazirliyi Şirazda baş vermiş terror cinayəti ilə bağlı bəyanat yayıb və hadisənin təfərrüatlarını açıqlayıb. Bəyanatda deyilir:
Həzrət Əhməd bin Musanın (əleyhissalam) hərəmində törədilən terror hadisəsi əməliyyatçılarının həbsi ilə bağlı 9 abanda (31 oktyabr) verilən açıqlamadan sonra əldə edilən məlumatların digər bir hissəsini nəcib İran xalqının diqqətə çatdırılır:
  1. 4 abanda (26 oktyabr) baş verən terror hadisəsindən dərhal sonra İmam Zamanın (əc) naməlum əsgərlərinin başlatdığı əməliyyatlar silsiləsi gecə-gündüz və fasiləsiz davam edib. Bu təqiblər informasiya, əks-kəşfiyyat, təhlükəsizlik və texniki ölçülərdə davam etmişdir və bu nazirliyin ən mürəkkəb və geniş antiterror əməliyyatlarından biri olmuşdur.
  2. İndiyədək aparılmış silsilə müşahidələr, araşdırmalar və əməliyyatlar cinayəti istiqamətləndirən, onu həyata keçirən və həmin terror aktını təmin edən bütün ünsürlərin müəyyən edilərək həbs edilməsinə səbəb olub. Bundan əlavə, oxşar əməliyyatlar üçün ölkəyə daxil olan bir sıra digər amillər də həbs edilib. Beləliklə, indiyədək 26 təkfirçi terrorçu həbs edilib.
  3. Həbs olunanların hamısı Azərbaycan Respublikası, Tacikistan və Əfqanıstandan olmaqla əcnəbi vətəndaşlardır.
  4. Ölkə daxilində əməliyyatların istiqamətləndirilməsi və əlaqələndirilməsinin əsas ünsürü Azərbaycan Respublikasının vətəndaşıdır. O, Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşən reyslə İmam Xomeyni (r) Hava Limanının hava sərhədi vasitəsilə ölkəyə daxil olmuşdur. Həmin şəxs Tehrana gəldikdən sonra Azərbaycan Respublikasındakı əlaqələndirici amilə özünün çatdığını bildirib. Dərhal İŞİD-in Əfqanıstandakı əməliyyat qərargahı vasitəsilə İŞİD-in əcnəbi vətəndaşları şəbəkəsi ilə əlaqə saxlayıb və onlara Tehranda olması barədə məlumat verib.
  5. Şirazdakı əməliyyat səhnəsinin təminatçı üzvü Əbu Bəsir ləqəbli Məhəmməd Ramiz Rəşidi adlı əfqanıstanlı və müqəddəs ziyarətgahda atəş açan şəxs Tacikistan vətəndaşı olan Əbu Ayişə ləqəbli Sübhan Komruni olmuşdur.
  6. Adı çəkilən terrorçular Fars, Tehran, Əlborz, Kirman, Qum və Rəzəvi Xorasan vilayətlərində təqib edilərək həbs ediliblər. Onlardan bəziləri ölkədən qaçarkən şərq sərhədlərində həbs edilib.
  7. Adı çəkilən terrorçulardan bəziləri Zahidan da daxil olmaqla, digər şəhərlərdə terror əməliyyatları həyata keçirmək üçün lazımi tədbirləri hazırlayıb, təmin edirdilər.
Həzrət Əhməd bin Musanın (əleyhissalam) ziyarətgahının şəhidlərinin haqsız axıdılan qanları təkfirçi cinayətkarların niyyətlərinin və sonrakı hədəflərinin aşkar edilməsinə və bir neçə digər terror əməliyyatının qarşısının alınmasına səbəb oldu.
  1. Hərtərəfli məlumat-texniki izləmə və tədqiqatlar gecə-gündüz və ölkə miqyasında davam edir. Əvvəlki açıqlamalarda da qeyd olunduğu kimi, bu hərtərəfli təhqiqatlar Şahçaraq ziyarətgahı faciəsində iştirak edən sonuncu təkfirçi terrorçunun ölkə daxilində və ya xaricdə olması müəyyən edilərək cəzalandırılana qədər davam edəcək. Şübhəsiz, Vətənin kədərə batmış Artinləri Arşamların qisasının alındığını görəcək, inşallah.
Sonda iki məqamı qeyd edirik:
Birincisi, əvvəldən qeyd olunduğu kimi, İmam Zamanın (ə) naməlum əsgərləri yuxarıda qeyd olunan təhqiqat və əməliyyatların bütün mərhələlərində xalqın tam əməkdaşlığından faydalanıblar. Bu səbəbdən əziz xalqımıza təvazökarlıqla və səmimi təşəkkür etməklə yanaşı, keçmişdə olduğu kimi, bu həssas missiyada mücahid və naməlum övladlarına köməklik göstərmələrini xahiş edirik.
İkincisi, sözügedən faciəli terror hadisəsindən sonra İran xalqının məlum düşmənlərinə aid tribunalar və onların daxili muzdurları Şiraz terror əməliyyatını birbaşa və dolayısı ilə ölkənin qürurlu kəşfiyyat ictimaiyyətinə aid etdilər və guya bu hadisənin daxili iğtişaşların qarşısını almaq üçün baş verdiyini uydurdular.
Ettelaat Nazirliyi həmin qorxaq və xain uydurma yayan qiyamçı ünsürlərə qarşı qanuni təqib hüququnu özündə saxlayaraq bildirir ki, həbs edilən təkfirçi ünsürlərin bəyanatlarından əldə edilən nəticələr təkfirçilərin terror aktları törətmək üçün iğtişaş və əmin-amanlıq mühitindən sui-istifadə etdiyini göstərdi.
Bir neçə terrorçunun ayrı-ayrılıqda etirafları ölkədə baş verən iğtişaşlardan sonra təkfirçi ünsürlərin ölkəmizin müxtəlif bölgələrində əməliyyatlar keçirməyə çağırıldığını göstərir. Bu nazirliyin və İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının birgə bəyanatında qeyd edilən birləşmiş əməliyyatın mövzusu məhz budur. Beləliklə, həmin amansız və görünməmiş cinayəti ölkənin kəşfiyyat orqanlarına aid edənlər əslində İŞİD-in terror əməliyyatlarında və psixoloji müharibəsində bir-birini tamamlayan rol oynamış olurlar və bu səbəbdən qanlı İŞİD-sionist ssenarisində iştiraklarına görə cavab verməlidirlər.
“Zülm edənlər isə tezliklə hansı dönüşə dönəcəklərini biləcəklər!”
Salam olsun hidayətə tabe olanlara
Ettelaat Nazirliyinin ictimai əlaqələr bölməsi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button