ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Kənani İran səfirinin Azərbaycan XİN-ə çağırılmasına münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: "Bu məsələ iki ölkənin sərhəd bölgəsində bir təyyarənin uçuşu ilə bağlıdır. Həyata keçirilən uçuş vaxtaşırı İranın sərhədyanı bölgələrində və daxili ərazilərində monitorinqlər çərçivəsində həyata keçirilən normal və adi bir uçuş idi və bu uçuşlar keçmişdə də həyata keçirilib".

qafqaz.ir/az-nin məlumatına əsasən,Təyyarənin uçuşu İranın hava məkanında birgə sərhədlə paralel və Azərbaycan sərhədindən uyğun məsafədə həyata keçirilib. Əgər hər hansı bir sərhəd pozuntusu baş verərsə, adətən radarlar və müdafiə şəbəkələri radio rabitəsində lazımi xəbərdarlıqları edirlər. Bu uçuşla bağlı heç bir radar və ya radio xəbərdarlığı edilməyib.

Beynəlxalq uçuş qaydalarında adi prosedur belədir ki, normadan kənar bir hadisə baş verdikdə, mesajlar eyni texniki çərçivələrdə mübadilə edilir, lakin bu uçuşla bağlı belə bir vəziyyət baş vermədi. Bizim Azərbaycan Respublikası ilə müdafiə sahəsində əlaqələrimiz var, səfirliyimiz fəaldır, hərbi attaşemiz də oradadır.

Əgər xoş niyyət olsaydı, bu məsələ İran səfirliyi və hərbi attaşemizlə əlaqə saxlanılaraq, irəli sürülə, fikir mübadiləsi aparıla və anlaşılmazlıqlar aradan qaldırıla bilərdi.  Azərbaycan Respublikası hökumətinin səfiri çağırmasını və məsələni medialaşdırmasını xoş niyyətli və qonşu dövlətlər arasında münasibətlər çərçivəsində hesab edə bilmərik.

Biz bu kimi ixtisaslaşdırılmış məsələlərin ixtisaslaşdırılmış çərçivələrdə qaldırılması və həll edilməsini gözləyirik  Mübahisəli məsələlərdə, mövzuların media məkanında və tribunaların arxasından qaldırılması onların həllinə kömək etmir və xoşməramlılıq əlaməti deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button