ArxivIslam

Onuncu imamımız Əliyyən-Nəqinin (ə) mövlud günüdür

İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur

Atası İmam Cavad (ə), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi. Onuncu imamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.

İmam Hadi (ə) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamət məqamına yetişmişdir. O, Həzrətin (ə) imamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin iki yüz əlli dördüncü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.
İmam Əliyyən-Nəqi (ə) İmam olduğu müddət ərzində aşağıda adları çəkilmiş Abbasi xəlifələrinin həməsri olmuşdur:
Məmunun qardaşı Mötəsim (217-227 h.q);
Mötəsimin oğlu Vasiq (227-232 h.q);
Vasiqin qardaşı Mütəvəkkil (232-248 h.q);
Mütəvəkkilin oğlu Müntəsir (altı ay);
Müntəsirin əmisi oğlu Müstəin (248-252 h.q);
Mütəvəkkilin digər oğlu Mötəzz (252-255 h.q).
İmam Əliyyən-Nəqi (ə) adı sonuncu çəkilmiş xəlifənin (Mötəzzin) hakimiyyəti dövründə zəhərlənərək şəhid olmuş və evindəcə dəfn olunmuşdur.

İslamazeri.az İnternet Qəzetinin kollektivi olaraq İmam Əliyyən-Nəqinin (ə) mövludu münasibəti ilə başda İmam Zaman (ə.f) olmaqla, dünya müsəlmanlarını təbrik edirik. 

islamazeri.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button