ArxivXəbər lentiXəbərlər

11 məhbus aclığa başladı-SİYAHI

Bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə məlumat verib.

VETENUGRUNDA.AZ-ın vediyi xəbərə görə, Siyəzən məhbuslarının vəkili Elçin Sadıqov 11 məhbusun aclığa başladığını bildiirb: “Bu gün Siyəzən məhbuslarının işi üzrə apellyasiya baxışı qeyri müəyyən vaxta təxirə salındı. Səbəb o idi ki, əvvəl apellyasiya şikayəti verməyən iki məhbusdan biri apellyasiya şikayəti verib. Onun verdiyi apellyasiya şikayətinin vaxtında verilib-verilməməsini yoxlamaq üçün iş yenidən Quba rayon məhkəməsinə göndərilib.

Siyəzən mğhbusları bu gündən aclığa başladıqlarını elan etdilər”.

Qeyd edək ki, 2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zən ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Quba rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxundu. Məhkəmə 11 təqsirləndirilən şəxsin hər birinə 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə qərarı çıxardı.

Onların siyahısını təqdim edirik:

Kərimov Fariz Həsən oğlu – 4 il,

Əzimov Müslim Ağamalı oğlu – 6 il,

Ağamalıyev Talib Telman oğlu – 5 il,

Bəgişov Coşqun Müslim oğlu – 4 il,

Əliyev Elçin Sadiq oğlu – 5 il,

Şəkərov Zaur İlham oğlu – 6 il,

Abdullayev Kamran Səfdər oğlu – 5 il,

Səfərli Aydın Şahbala oğlu – 2 il,

Süleymanov Abasət Oqtay oğlu – 4 il,

Məstanov Namiq Əzizağa oğlu – 4 il,

Qəniyev Nizami Məhərrəm oğlu – 5 il.

Siyəzən məhbusları ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməkdə günahlandırılırdı və barələrində Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button