ArxivXəbər lentiXəbərlər

Gürcüstanda silsilə iftar proqramları – FOTO

Gürcüstanda dövlət tərəfindən silsilə iftar proqramları təşkil edilir

Gürcüstanda dövlət tərəfindən silsilə iftar proqramları təşkil edilir.

qafqaz.ir İslamazeri.com-a istinada xəbər verir ki, ötən illərdə olduğu kimi artıq Gürcüstanın bir çox şəhər və rayonlarında bölgə Quberniyası, Şəhər merləri və rayon rəhbərlikləri tərəfindən iftar süfrələri verilməsi planlaşdırılıb.

İftar proqramları Ramazan ayının son gününə qədər Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Ağbulaq, Kaspi, Kareli, Msxeta, Laqodexi, Telavi, Saqareco və digər rayon və kəndlərdə oruc tutanlar, dövlət rəsmiləri və yerli müsəlman sakinlərin iştirakı ilə keçiriləcək.

Ötən axşam Gürcüstanın dövlət hesabına təşkil olunan ilk iftar Saqareconun Qaraçöp kəndində 300-dən çox müsəlmanın iştirakı ilə baş tutub.

İftar məclisində Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və müftisi, Kaxeti bölgəsinin qubernatoru, Saqareco rayon icra hakimi və bələdiyyə sədri və əməkdaşları, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri və din və ictimaiyyət xadimləri bir araya gəldilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button