ArxivXəbər lentiXəbərlər

VALİDEYNƏ İTAƏT

“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı gözlə baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”–de. Rəbibniz ürəklərinizdə olanları (qəlblərinizin sirrini) ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız (bilin ki,) Rəbibniz, həqiqətən, tövbəkarları bağışlayandır!” (“İsra”, 23, 25.)

Bu ayələrdə Quran xüsusi tapşırıq verir: Övlad öz valideynləri ilə son dərəcə ehtiram və ədəblə davranmalıdır. Onların bütün ehtiyaclarını gözəl şəkildə yerinə yetirməlidir. Övlad öz ata-anasının qarşısında təvazökarlıq göstərməlidir. Üstəlik, onun bu təvazökarlığı icbar və ya məsləhət üzündən olmamalıdır; sidq ürəkdən onlarla mehriban davranmalı, onların hər hansı xoşagəlməz hərəkətlərinə, (qocalığın ixtiyar çağında bəzi insanların hərəkətləri dözülməz olur) zəhmətlərinə səbir etməlidir. Onlara dua edib Allahdan rəhmət diləməlidir.

Bu ayələrdə Allah-təala insana valideynlərə hörmət etməyi ən ali əməli tapşırıq olaraq təyin edir. Valideynlə hörmətlə davranmaq insanın şəri vəzifəsi olmaqla yanaşı həm də onun kamilliyi yolunda öz nəfsi ilə mücahidə aparması kimi də qiymətləndirilir. Yüksək irfani məqamlara yetmək istəyən şəxslər üçün bu, xüsusi bir tapşırıqdır. Şagirdlərindən biri Əllamə Təbatəbaidən irfanın nə olduğunu soruşub xüsusi tapşırıq verməsini xahiş edəndə ona bu tövsiyəni etdi: “Çalış ailənlə xoş davran, bütün irfan budur.”
İnsan qoca valideynlərinin verdikləri zəhmətlərə qatlaşmaqla nəfsi çirkinliklərdən paklanır; həyatın ağrı-acısına səbir etməklə dünya və axirət savabına çatır; ruhunda bir yüksəliş hiss edir. Ata-anası övladından razı qaldıqda onun haqqında xeyir-dua edir və dualar əlbəttə ki, səmərəsiz qalmır. Bəzən zəif bir qocanın səmimi qəlblə etdiyi dua daha tez müstəcab olur.

qafqaz.ir

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button