ArxivXəbər lentiXəbərlər

Azərbaycanın iqtisadiyyat naziri Ərdəbildə: Prezident İranla əlaqələrin genişləndirilməsi haqda xüsusi tapşırıq verib

Azərbaycanın iqtisadiyyat naziri Ərdəbildə: Prezident İranla əlaqələrin genişləndirilməsi haqda xüsusi tapşırıq verib
Qafqaz Mədəniyyət Mərkəzi – Şahin Mustafayev dünən İranın rabitə və informasiya texnologiyalarınaziriMahmudVaizi, Ərdəbilin valisi və Ərdəbil əhalisinin İslami Şura Məclisində nümayəndələri ilə birgə keçirdiyi iclasda Azərbaycan Respublikasının İran İslam Respublikası ilə yaxın və səmimi əlaqələrə böyük əhəmiyyət verdiyi və əlaqələrin daha da genişləndirilməsinə təlaş etdiyini deyib.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri vurğulayıb: “İki ölkə başçıları son illər ərzində bir neçə dəfə görüşüblər və ikitərəfli münasibətlərin genişləndirilməsinə təkid ediblər. Azərbaycan prezidenti İlham Əliyev İranla əlaqələrin genişləndirilməsi haqda Azərbaycan dövlət rəsmilərinə xüsusi tapşırıqverib. Buna görə də Azərbaycandan yüksək səviyyəli bir heyət sərhədyanı əlaqələrin genişləndirilməsi məqsədi ilə Ərdəbil əyalətinə səfər edib və iki günlük rəsmi səfər çərçivəsində İranın bu sərhəd məntəqəsi ilə əlaqələrin yaxşılaşdırılması və əməkdaşlıqların genişləndirilməsi yollarını araşdıracaq”.
Ş. Mustafayev iki ölkə arasında münasibətləri genişləndirmək üçün Ərdəbil və digər sərhəd əyalətlərdə münasib bazaların mövcudluğunu da qeyd edib. Nazir artırıb: “Turizm, ticarət, birgə iqtisadi layihələrin icra edilməsi və mədəni əməkdaşlıqlar iki tərəf arasında əlaqələrin genişləndirilməsi üçün münasib bazaya malik olan sahələrdirlər”.

İqtisadiyyat naziri mühasirədə qalmış Naxçıvan MR-nın Azərbaycanla əlaqəsinin Ərdəbil ərazisindən olduğuna da toxunaraq deyib: “Naxçıvan bizim üçün çox önəmlidir və biz ölkənin bu hissəsi ilə əlaqə yaratmaqda İranın konstruktiv və qardaşcasına roluna vaqifik”.
Azərbaycanın nümayəndə heyəti Araz çayı üzərində müştərək olaraq tikilən Xudafərin su bəndinin tikintisini ziyarət edərkən Ş. Mustafayev deyib: “Bu bənd iqtisadi fəaliyyətlər, o cümlədən su və işıqdan müştərək istifadə iki ölkə arasında yeni iqtisadi əməkdaşlıqlar üçün zəminə yaradacaq

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button