ArxivXəbər lentiXəbərlər

İmam-cümə:Onlar İranın hərbi bazalarını görmək, araşdırmaq istəyirlər.Siz qələt edirsiz! Kimsiz siz?

“ABŞ həm zalımdır, həm də üzlüdür. Onlar İranın hərbi bazalarını görmək, araşdırmaq istəyirlər. Siz qələt edirsiz! Kimsiz siz? Sizə kim bu icazəni verir? Bu arzunuzu qəbrə aparacaqsınız.”

 Tehranın bu həftəki cümə xətibi Ayətullah Məhəmmədəli Müvəhhidi Kirmani olub.

qafqaz.ir-un İslamazeri.com -a istinadən verdiyi xəbərə əsasən, sözlərinin əvvəlində Qədir-Xum bayramı barədə söz açan imam-cümə bildirib: “Bütün müsəlmanlar Qədir-Xumun beynəlxalq olması üçün çalışmalıdır. Bu sahədə müxtəlif səylər göstərilsə də kafi deyil. Dövlət bu barədə fəaliyyət göstərən təşkilatlara dəstək olmalıdır. Əli (ə) ədalətini icra etməsilə fəxr edən bir ölkənin ən böyük vəzifəsi Əlini (ə) və “Qədir”i dünyaya çatdırmaqdır.”

Prezidentin və Nazirlər Kabinetinin andiçmə mərasiminə də ötəri toxunan Ayətullah Kirmani bildirib: “Qurana əsasən bəziləri kasıblara yardım etmək üçün Allahdan dəstək istəsələr də, İlahi yardımdan sonra kasıblara əl tutmaqdan yayınırlar. Belə insanların qəlbində nifaq yaranar və Qiyamət günü münafiq olaraq tanınar. Mən də and içən əzizlərimə ürək yanğısı ilə deyirəm ki, əgər verdiyiniz sözlərə əməl etməsəniz münafiq olacaqsınız, Qiyamətdə də bu şəxslərlə tanınacaqsınız. Cənablar diqqətli olsunlar!”

Bu günlərdə dünya mediasında gündəmdə olan Myanma hadisələri barədə çıxış edən imam-cümə bildirib: “Allah bu dövləti devirsin! Nə edirsiniz? Allaha and olsun ki, adamın bədəni əsir. Bilmirəm necə deyim. Bu cinayətlərdə hansı işlərə əl atdılar! Uşaqların başını kəsib, uşaqları diri-diri yandırırlar. Beynəlxalq arenanın, BMT-nin və eləcə də insan haqları müdafiəçilərinin bu cinayətlərə susması təəccüblüdür. Videolardan birində gördüm ki, uşağın paltarlarını çıxardaraq, bədəninə elektrik cərəyanı verərək öldürdülər. Statistikaya əsasən, hadisə nəticəsində 4 min ölü, 120 mindən çox köçkün qeydə alınıb. Beynəlxalq arenaya bel bağlamaq olmaz! Lakin ən azı bütün müsəlman ölkələrində etirazlar olmalı, fəryadlar qoparılmalıdır. “Zalım Myanma rejiminə ölüm olsun!” desinlər və bu cinayətləri dəstəkləyənlərə ölüm arzulasınlar. Şahidlərin dediyinə görə, insanları taxtadan olan evdə toplayaraq, diri-diri yandırırlar.

Türkiyə Banqladeşdən sərhədlərini Myanma müsəlmanlarına açmağını istəsə də, bu ölkə razılıq vermir. BMT də bu təklifi dəstəkləyib. BMT! Sizin bacarığınız elə bu qədərdir? Siz bu məzlumların dadına çatmalı, hüquqlarını müdafiə etməlisiniz. Siz nə üçün yaranmısınız? Zalımları dəstəkləmək üçün? Ayətullah Məkarim (Ayətullah Nasir Məkarim Şirazi – red.) tövsiyə etdi ki, islam ölkələrinin bütün xarici işlər nazirləri cəm olaraq, bu cinayətlər bardə həll yolu tapsınlar.”

İmam-cümə ABŞ-İran münasibətləri barədə bildirib: “ABŞ həm zalımdır, həm də üzlüdür. Onlar İranın hərbi bazalarını görmək, araşdırmaq istəyirlər. Siz qələt edirsiz! Kimsiz siz? Sizə kim bu icazəni verir? Bu arzunuzu qəbrə aparacaqsınız. Nəzarət yolları nüvə mərkəzləri tərəfindən aparılıb və dəfələrlə açıq-aşkar bəyan ediblər ki, heç bir qanunsuzluq yoxduır. Amano deyir ki, Agentlik hərbi bazalara yenidən nəzarət etməlidir. O da yanlış edir! İran silahları barədə heç kimə söz verməyib.”

Yəmən hadisələrinə də toxunan Ayətullah Kirmani bildirib: “Yəməndə vəba epidemiyasına yoluxanların sayı 2 min 43 nəfərə yüksəlib. Bilmirəm Səudiyyə Ərəbistanı niyə məsuliyyət hiss etmir?! Quran ayələrinə imanları yoxdur?! İmanı varsa, bu qətlləri nə vaxata qədər davam etdirəcəyini desin!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button