Xəbərlər

Rəsmi Bakı iranlı işçinin çıxarılması üçün sionist rejimə öhdəlik verib

Azərbaycan Respublikası hökuməti İranla münasibətlərdə gərginliyin yaradılmasına dair sionist rejim öhdəliklərinin icrası istiqamətində iranlı işçilərdən daha birini bu ölkədən çıxmağa məcbur edib.

Xəbər mənbələrinin məlumatına görə, rəsmi Bakı İranın Bakıdakı nümayəndəliklərinə təzyiq üçün öz anti-İran strategiyasının davamında Vyana konvensiyasına zidd bir hərəkətdə İranın Mədəniyyət Mərkəzinin idarə məsələləri üzrə məsul şəxsini 3 saat həbs edib və onu 48 saatdan sonra Azərbaycan Respublikasını tərk etməyə məcbur edib.
Bu məlumata görə, Azərbaycan Respublikası hökuməti ötən ildə İran səfirliyinin mədəniyyət məsələləri üzrə ekspertinin Azərbaycana daxil olmasının qarşısını almışdı.
2011-ci ilin dekabr ayından indiyə qədər 8 İran işçisi xidməti pasportlara malik olmalarına baxmayaraq Bakıdan çıxarılmağa məcbur edilib və yaxud ezamiyyətdən geri qayıtdığı zaman Azərbaycan Respublikasına girişinə mane olunub.
Tehranın Bakını strateji dəstəkləməsinə və dostluq siyasətini yürütməsinə baxmayaraq, bu müddətdə Azərbaycan Respublikası hökuməti İranın Teleradio Təşkilatının nümayəndəliyi, İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəliyi və Bakıdakı Mədəniyyət Mərkəzinin işçilərindən bir qrupunun Azərbaycana daxil olmasına maneə yaradıb və onları Bakı hava limanı və yaxud quru sərhəd vasitəsi ilə İrana geri qaytarıb.
Rəsmi Bakı ötən ay da İranın səfirliyinin işçilərindən birinin xidməti pasporta malik olmasına baxmayaraq Azərbaycan Respublikasına girişinin qarşısını alıb və onu İrana qayıtmağa məcbur edib.
Ötən yayda da medialar bildiriblər ki, İranın səfirliyindəki 4 işçisi Azərbaycan Respublikasından çıxarılmağa məcbur ediliblər.
İran işçilərinin çıxarılması, İranın nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və yaxud məhdudlaşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının strategiyası və viza məsələsindən vasitə kimi istifadə etməsi elə bir haldadır ki, indiyə qədər Tehran Azərbaycan Respublikasına strateji dəstəkləri, o cümlədən Azərbaycan Respublikasının Naxçıvanla quru əlaqəsini bərqərar etməyi davam etdirməklə qarşılıqlı addım atmaqdan çəkinmişdir.
Azərbaycan Respublikası həmçinin bu ölkədə 20 ildən çox humanitar fəaliyyət göstərən İranın İmam Xomeyni (rə) adına İmdad Komitəsinin nümayəndəliyinə təzyiq göstərməklə ötən yay bu komitənin tibbi klinikasının fəaliyyətini dayandırdı.
Eyni zamanda məlumatlı bir mənbə Tehranla münasibətlərdə rəsmi Bakının gərginlik yaratmaq üzrə hərəkətlərinin Azərbaycan Respublikasına xeyri olmayacağını bildirərək əlavə edib: Azərbaycan Respublikası rəsmiləri İranın strateji dəstəklərinə hörmətsizliklə əslində öz xalqına xarici siyasət səhnəsində öz dost və düşmənlərini yaxşı tanımadıqlarını göstərirlər.
Həmin mənbə söyləyib: İran Azərbaycan Respublikasının gərginlik yaradan hərəkətlərinə cavab vermək üçün müxtəlif vasitələrə malikdir və ümidvardır ki, Bakı sionist rejimə yaxşı xidmət istiqamətində olan hərəkətlərini dayandıracaq.

Səhər TV

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button