AktualAktualArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ali Məqamlı Rəhbər: Başqalarına güvənmək illüziyası ilə öz təhlükəsizliyini təmin edə biləcəyini düşünənlər sillə alacaqlar

Həzrət Ayətullah Xamenei deyib: “Başqalarına güvənmək illüziyası ilə öz təhlükəsizliyini təmin edə biləcəyini düşünənlər tezliklə sillə alacaqlarını bilsinlər.”

Ali Baş Komandan Amerika ordusunun Əfqanıstandan çıxarkən düşdüyü vəziyyəti bu ordunun həqiqi mahiyyətinin göstəricisi olduğunu diqqətə çatdıraraq deyib: “Amerika və onun kimi ölkələrin ordusundan Hollivud sayağı görüntülər sadəcə bir şoudur. Çünki onların həqiqi mahiyyəti Əfqanıstanda görünənlərdir.”

İslam İnqilabının Böyük Rəhbəri Şərqi Asiya xalqlarının Amerika ordusuna nifrət etdiyini də vurğulayaraq deyib ki, Amerika hər yerə müdaxilə edirsə, xalqların nifrətini qazanır.

Ali Baş Komandan əcnəbi hərbi qüvvələrin bögədə hüzurunu təfriqə, ziyan və dağıdıcılığa səbəb kimi qiymətləndirərək deyib: “Bölgənin xeyri bundadır ki, bütün ölkələr müstəqil, öz xalqına arxalanan və qonşu ölkə orduları ilə harmoniya təşkil edən bir orduya sahib olsun.”

Ali Məqamlı Rəhbər əlavə edib: “Bölgə orduları bölgənin təhlükəsizliyini təmin edə bilər və öz maraqları ardınca olan əcnəbi orduların bölgəyə müdaxiləsinə və hərbi iştirakına icazə verilməməlidir.”

Ali Məqamlı Rəhbər vurğulayıb: “İranın şimal-qərbində yerləşən bəzi qonşu ölkələrdə baş verən bir sıra hadisələr də eyni məntiqlə, əcnəbilərin hüzuruna icazə verməməklə həll olunmalıdır.”

Həzrət Ayətullah Xamenei qeyd edib ki, sevimli ölkəmizin silahlı qüvvələri daim iqtidar və rasionallıqla hərəkət edir və bu rasionallıq digər ölkələr üçün də örnək, mövcud problemlərin həllində bir amil olmalıdır. Hamı bilməlidir ki, hər kim öz qardaşlarına quyu qazsa, əvvəl özü quyuya düşəcək.

İslam İnqilabının Böyük Rəhbəri çıxışının sonunda silahlı qüvvələrə bundan sonra da xalqa və ölkəyə xidmət etməklə fəxr etməyi, maddi və mənəvi imkanlarını daha da artırmağı tövsiyə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button