ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsrailli ekspert: Azərbaycan və İran arasında problemi İsrail yaradır

İsrailin siyasi elmlər və milli təhlükəsizlik araşdırmaları institutunun eksperti “Sputnik”-ə müsahibəsində İsrailin Azərbaycan və İran arasında süni problemlər yaratması və onu gündəmdə saxlamasında rolunu açıqladı.

Simon Sips bu barədə Sputnikin müxbirinə dedi: İsrailin məqsədi Azərbaycanın İranla qarşıdurması və nəticədə İranı qeyri-zəruri müharibəyə çəkməklə zəiflətməkdir. Bu məsələ necə baş verir: İsrail aktiv kəşfiyyat fəaliyyətləri və bunların hamısından daha mühüm olan, Azərbaycan torpağında aksiyalar (qəsdən məxfi saxlamır) həyata keçirir. Bu ölkəyə silah göndərir. İran əleyhinə Azərbaycan ərazisindən kəşfiyyat əməliyyatları keçirir və Azərbaycan ərazisində çoxlu elektronik kəşfiyyat imkanlarına malikdir.

Türkiyə Suriyaya görə İran əleyhinə Azərbaycandadır

O, əlavə etdi: İran dövləti bu məsələdən xəbərdardır və öz sərhədində Tehran əleyhinə bu təxribat fəaliyyətlərinə son verilməsini istəyir. İsrail həmçinin Türkiyəni gələcək qarşıdurmalarda Azərbaycanı dəstəkləməyə həvəsləndirir. Türkiyə İranla gizli formada (bunu lazımınca məxfi saxlamaya bilər) müxalifət etməyə çalışır. Bunu da Suriyaya görə Tehrana qələbə çalmaq üçün bir fürsət bilir.

İsrail İran əleyhinə proksi müharibənin ardıncadır

Bu israilli ekspert sözlərinin davamında dedi: İsrailin planı budur ki, özünün iştirak etmədiyi bir müharibəni başlatsın. Rusiya bu məsələyə müxalifdir və belə bir şeyin baş verməsini istəmir. Çünki Rusiya ilə sərhəd olan bütün Mərkəzi-Asiyanın vəziyyəti qarışacaq. Radikal islamçılar (radikal dini qruplaşma və hərəkatlar) Mərkəzi-Asiyada (keçmiş sovet ölkələri) Rusiya ordusunun narahatlıqlarını artırırlar. Bundan əlavə, Əfqanıstanın Taliban vasitəsilə süqutu bunu göstərir ki, Rusiyanın yaxınlığında böyük və uzunmüddətli bir müharibənin xəbərçisi olan “böyük tufan”-ın göstəricisidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button