ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İsrailin daha bir naziri Hizbullahla atəşkəsi “uğursuz” adlandırdı

Qafqaz.ir  xəbər verir ki, İsrailin İrs məsələləri üzrə naziri Amixay Eliyahu İsrail və Livan arasında əldə edilən atəşkəsi “uğursuz” adlandırıb.

“Bu, dəhşətli və qorxunc bir razılaşmadır. Atəşkəs və ya “hudna (red:Hudna ərəb dilində هدنة, “sakitlik” və ya “dinclik” mənasını verir – barışıq və ya atəşkəs deməkdir. Adətən bu termin “atəşkəs” kimi tərcümə olunur.) – istədiyiniz kimi adlandıra bilərsiniz, lakin bu, qələbə deyil. Qələbə – fəth etməkdir,” deyə o, İsrailin 103FM radiostansiyasına müsahibəsində bildirib.

Milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bu sazişə qarşı səs verməsini şərh edən Eliyahu əlavə edib: “Onun təzyiqlərə qarşı duraraq sazişin əleyhinə səs verməsi çox vacib idi. Hamı bu razılaşmanın pis olduğunu başa düşürsə, niyə bunu açıq şəkildə deməyək?”

Nazirin sözlərinə görə, “Amerika təzyiqinin bu pis razılaşmanın əldə edilməsində rol oynadığına heç bir şübhə yoxdur. Müharibənin əvvəlində göstərdikləri dəstəyə və silah təchizatına görə amerikalılara təşəkkür etmək lazımdır. Amma beynəlxalq təzyiq bu “hüdna”nın bir hissəsinə çevrildi. Radikal islam bizə zərbə endirməyə davam edəcək. Biz daim ayıq-sayıq qalmalı olacağıq.”

Qeyd edək ki, Netanyahunun Hizbullahla atəşkəs razılaşması İsraildə geniş müzakirələrə və ciddi etirazlara səbəb olub. Müxalifət və bəzi ictimai qruplar bu sazişi sərt şəkildə tənqid edərək, onu “rəzillik” və hətta “kapitulyasiya” kimi xarakterizə ediblər.

Sazişin təhlükəsizlik baxımından zəif və İsrailin maraqlarına uyğun olmadığı iddiaları ölkə daxilində narahatlıq yaradıb. Tənqidçilərin fikrincə, belə bir razılaşma Hizbullahın güclənməsinə səbəb ola bilər və gələcəkdə daha böyük təhdidlər yarada bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button