Qadin və hicab

Ərdəbil qadınları və İmam Hüseyn(ə)ə matəm

Evdə keçirilən rövzə mərasimləri uşaqların ictimai və mənəvi ehtiyaclarını çox böyük miqyasda təmin edir. Rövzə məclisləri ictimada və qrupların arasında bir əlaqə yaradır və ailələri fərdilikdən uzaqlaşdırır.

 

Ərdəbil qadınları arasında məzhəbi və ictimai səbəblərə görə rövzə məclisləri keçirmək ictimai bir yığıncaq olaraq çox əhəmiyyətlidir.
Səbəlanə-nin yaydığına əsasən rövzə , təziyənin bir parçasıdır. Əsirlərin keçməsinə baxmayaraq aşuranın insani mədəniyyəti , islam tarixinin başlanışından bu günə qədər unudulmamış və bəşərin dərin düşüncəsi bu güclü eşqin qarşısında heyran qalmışdır.
Aşura hadisəsi, olduqca faydalı və hər zaman ümum bəşərə yararlı olmuşdur. Aşuranın insanlara təlim – tərbiyəsinin və doğru yol göstərməsinin bir nəticəsi bundan ibarətdir ki, matəm mərasimi olaraq əsirlərlə tarix boyu icra edilmişdir.
Bəlkə bir sıraları, şiələrin bu mərasimi keçirməkdə sərf etdiyi əməyi və mərasimi keçirmək üçün xərclənən pulu yersiz görsünlər , amma əyər bu mərasimin mənəvi faydalarını və onların ictimada təsiri haqqında tədqiqat aparsalar , bu qənaətə gələcəklər ki, islahat üçün və şiə quruculuğu – təşkili üçün ən yaxşı vəsilə aşura mərasimidir.
Bunu nəzərə alaraq ki, Ərdəbil İmam Hüseyn (Ə. S. ) sevənlər şəhəridir və dünya şiəliyinin beşiyidir, bu şəhərin əza saxlama və aşura mərasimləri , İran və dünya səviyyəsində özünə məxsus yeri vardır. Belə ki, rövzə demək mərasimi Ərdəbil qadınlarının ictimai bir fəaliyyəti olaraq, məzhəbi və ictimai baxımdan olduqca əhəmiyyətlidr.
Rövzənin müxtəlif növləri vardır və fərqli nəzirlər qalibində gerçəkləşdirilir. Səfər və Məhərrəm rövzələrində Ərdəbil qadınları çox güclü iştirak edirlər. Bu məclislərdə əza saxlamaqla yanaşı , hacətlərinin gerçəkləşməsi üçün imamlar və kərbəla şəhidlərindən istəyirdilər .
Bunu nəzərə alaraq ki, uzun illərdir, insanlar məhərrəm ayında İmam Hüseyn ( Ə. S ) üçün əza saxlayırlar və bu əza saxlamaqlar hər il öncəki ildən daha yaxşı və böyük miqyasda keçirilir , illərdən sonra Ərdəbildə qadın rözələri say baxımından kişi rözələrindən daha artıq olmuşdur. Evdəki qadın rözələrinin fərqli funksiyaları vardır ki, onların ən əhəmiyyətlisi imamlar və din xadimlərinin xüsusi ilə Hz. Fatimə (s) və Hz. Zeynəb (s) kimi böyüklərin həyatlarını özlərinə simvol və nümunə şəxs etmişlər. Belə ki, problemlərinin həlli üçün nəzir rözələri keçirirlər.
Ərdəbildə qadın rövzə məclislərinin keçirilməsinin banilərindən biri olan xanım Məhəmmədi bu suala cavabda ki, “ rözə mərasimləri sizin ailənizin ictimai və mənəvi ehtiyaclarını nə qədər təmin edir?” söylədi : Evlərdə keçirilən qadın rövzə mərasimləri öncəki illərlə müqayisədə daha çox artmalıdır, çünki, bu məsələ ailə üzvlərinin imamlara sevgisini artırır və bu tip ailə uşaqlarının məzhəbə meylləri başqa uşaqlara nisbət daha çoxdur.
Xanım Məhəmmədi sözlərinin ardında artırdı ki: Evdə keçirilən rövzə mərasimləri uşaqların ictimai və mənəvi ehtiyaclarını çox böyük miqyasda təmin edir. Rövzə məclisləri ictimada və qrupların arasında bir əlaqə yaradır və ailələri fərdilikdən uzaqlaşdırır.
Öz evində rözə mərasimləri keçirən Sediqi adlı xanım da evlərdə keçirilən rövzə mərasimlərini aşura şəhidlərinin və Kərbəla hərəkatinin xatirəsini daima canlı tutmaqda əhəmiyyətli amil sayır.
Xanım Sediqi qeyd etdi: Buna inanıram ki, qadınların rövzə mərasimləri islam, dini şüarlar və şiə məzhəbinin geniş yayılmasında olduqca təsirlidir, çünki bu məclislər özünə məxsus bir mənəvi mühitdə həyata keçirirlər.
Bu Ərdəbilli xanım həm də dedi ki : Rövzə məclisləri üçün bir ruhani şəxsdən rövzə oxuyan olaraq dəvət edilir və o şəxs imamların çəkdiyi əzab – əziyyət və imamların fəzilətlərindən deməklə yanaşı , dinin və namazın vacib əhkamları haqqında qadınları məlumatlandırır.
Haşimi adlı xanım da rövzə məclislərində İmam Hüseyn ( Ə. S. ) matəminin müsbət təsirlərindən danışdı: Rövzə mərasimi keçirən ailərinin uşaqları , ictima ilə ünsiyyətdə olan uşaqlar olurlar , ictimai bacarıqları öyrətməklə , onlara öz yaşıdları ilə rahatcasına əlaqə saxlamağda yardımçı olur və bu məsələ evdə rövzə mərasimi keçirməyin müsbət təsirlərindəndir.
Xanim haşimi həm də söylədi ki, uşaqlar rövzə mərasimlərində iştirak etməklə daima allahi düşünən və məzhəb uşaqları olaraq tərbiyə olunurlar. Bu xanım həm də artırdı: Qadın əza heyəti də bir məddahın olduğu bir heyət olaraq Məhərrəm ayının birinci günündən Məhərrəm ayının sonuncu gününə qədər keçirilir . Bu ayın hər bir günü bir ailəyə aiddir.
Ərdəbil şəhərində ailələr , Məhərrəm ayından başqa, “Fatimiyyə” günləri və 14 məsumun şəhid olduqları günləri də evlərində rözə mərasimləri keçirirlər. Belə ki, bir çox ailələr – xüsusi ilə kənar məhəllələrdə – Məhərrəm ayının birinci günündən Səfər ayının sonuna qədər hər gün evlərində rövzə mərasimləri keçirirlər.

Qeyd etməliyik ki Əhli-Beyt(ə)in matəmində rövzə adlanan mərsiyələr şiə aləmində “Rövzə-toş-şohəda” (Şəhidlər bağı) kitabından ilham alınaraq bu kitabın yazarıda rəhmətlik Fazil Dərbəndli Azərbaycanın böyük alimi olub .

Xəbərdən istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button