ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsraildə səfirlik açmaq nəyə hesablanıb? TƏHLİL

İran potensial təhlükəyə göz yummaz

Azərbaycan Respublikası parlamenti noyabrın 18-də bu dövlətin sionist İsrail rejiminin nəzdində səfirlik açması ilə razılaşıb. Beləliklə də sionistlərin çoxdan arzuladıqları hadisənin reallaşmasına doğru növbəti addımı atdı.
məlum qərar Amerikanın Yəhudi Komitəsisi tərəfindən alqışlanıb və komitə Azərbaycan hökumətinin İsraildə səfirlik açmaq qərarını yüksək qiymətləndirib.
“Azərbaycan artıq çoxdan İsrail və müsəlman dünyası arasındakı münasibətlərdə trendi müəyyən edən ölkədir. İsraildə səfirliyin açılması otuz ildən çox davam edən sıx və genişmiqyaslı Azərbaycan-İsrail əlaqələrini əks etdirir”, – deyə komitənin baş direktoru Ted Doyç bildirib.
Xatırladaq ki, yəhudi lobbi təşkilatları Qarabağ məsələsində həmişə Ermənistanı dəstəkləyiblər və Konqresdə adətən erməni separatçılarına maliyyə yardımlarının ayrılması layihələrində yer alırlar.
Aydın məsələdir ki, ölkə əhalisinin çoxluq təşkil edən şiə camiəsi, Azərbaycanın milli maraqlarına heç cür uyğun gəlməyən qərarın millət adından verilməsindən narahatdır və hesab edir ki, hakimiyyətin bu düşünülməmiş addımı Azərbaycan Respublikasını İran İslam Respublikası ilə qarşı-qarşıya qoyacaqdır.
Görünür, rəsmi Bakı İran İslam Respublikasına qarşı inadkarlığını nümayiş etdirmək üçün bu yanlış qərara imza atmışdır. Hakim rejim əlbəttə camaata belə aşılayır ki, Qafanda İranın konsulluq açması qarşısında İsraildə səfirliyin açılması labüddür, halbuki Ermənistan öz qanuni torpağında qonşu ölkənin konsulluq açmasına icazə verib və bu işdə qəbahət axtarmaq yersizdir, Azərbaycan isə Fələstin xalqının işğal olunmuş və oğurlanmış torpağında səfirlik açmaq qərarına gəlib. Ona görə də dünya müsəlmnları bunu İlham Əliyevə bağışlamayaclar.
Bu şəraitdə Azərbaycan insanı hesab edir ki, Əliyev hökumətinin emosional davranışı ona yalnız bədnamlıq qazandıracaq və bundan sonra sionistlərin Azərbaycan Respublikasında istəklərinin həyata keçirilməsi daha asan olacaq. Çünki sionistlər öz bəyanatlarında və məqalələrində açıq şəkildə vurğulamışlar ki, onlar Azərbaycan Respublikasından İrana qarşı bir plasdarm kimi istifadə etmək niyyətindədirlər. Bu isə o deməkdir ki, Təl-Əvivdə açılacaq səfirlik sionistlərin etirafına görə, faktiki olaraq anti-İran hərəkətlərinin koordinasiya mərkəzi kimi fəaliyyət göstərəcək. Ona görə də Tehran bu təhlükəyə göz yuma bilməz.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button