ArxivXəbər lentiXəbərlər

Suriyada daha bir azərbaycanlı öldürüldü

O, 2014-cü ilin sonlarında Suriyaya gedib.

Suriyada daha bir azərbaycanlı öldürülüb.

Qafqaz.ir xəbər verir ki, APA-nın məlumatına görə, Zərdab rayon, Qumlu qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Tural Yusif oğlu Asdanov iyulun 25-də Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb.

T.Asdanovun yaxınlarının verdiyi məlumata görə, o 2014-cü ilin sonlarında Suriyaya gedib.

Asdanov sonuncu dəfə ailəsi ilə iyulun 24-də telefon əlaqəsi saxlayıb.

Bir neçə gün sonra isə yaxınları onun ölüm xəbərini alıb.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button