ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsrail səfiri Azərbaycanda əxlaqsızlıq tərəfdarlarına təşəkkür etdi

Azərbaycan bayrağının təhqir olunduğu müsabiqənin bu ölkədəki azarkeşləri tərəfindən israilli təmsilçilərə 12 xal verilməsi Sionist Rejim səfirini məmnun edib.

Corc Dik bu barədə özünün tvitter hesabında yazıb: “Avroviziya”da Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi. Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi. Biz həqiqətən təsirləndik.”

Araşdırmalar göstərir ki, gənclərdə əxlaqsızlıq hisslərini gücləndirən Avroviziya Mahnı Müsabiqələri kimi fəaliyyətlər birbaşa İsrail tərəfindən himayə oluur. Bu istiqamətdə 2012-ci il Bakıda keçirilən müsabiqədən sonra hətta homoseksualların parad keçirməsi belə planlaşdırılmışdı, lakin xalqın etirazları nəticəsində biabırçı parad ləğv olundu. Bununla belə səfir Corc Dik öz mesajında “Azərbaycan xalqı” ifadəsindən istifadə etməkdən çəkinməyib.

Xatırladaq ki, “Avroviziya -2021” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənninin bu ölkə bayrağına hörmətsizliyi geniş etirazlara səbəb olmuşdur.

Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov bununla əlaqədar bildirib: “Azərbaycanda şou biznes adlanan bir dəhşətli, eybəcər sahə var. Burda sənətdən söhbət getmir, ancaq əxlaqsızlıqdan, bədən hərəkətlərindən, eybəcər səsdən, musiqidən söhbət gedir. Bu getdikcə ildırım sürəti ilə yayılır. Ona görə də xalımıza, mülkümüzə, əxlaqımıza sahib durmalıyıq.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button