ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsrail rejimi “Bayraq yürüşü”nü ləğv etmək məcburiyyətində qaldı

qafqaz.ir İsraildə çıxan “Haaretz” qəzetinə istinadən xəbər verir: işğalçı İsrail rejimi Qüds şəhərində “Bayraq yürüşü” keçirmək niyyətində olsa da, bu qərarı ləğv etmək məcburiyyətində qalıb. Yürüşün ləğv edilməsinə səbəb isə Fələstinin “Həmas” Müqavimət Hərəkatının bu tədbirlə bağlı xəbərdarlığı olub.

İsrail polisi bildirib ki, təhlükəsizlik məsələləri ilə bağlı yaranmış nigarançılıq səbəbindən 10 iyun tarixində bayraq yürüşü iştirakçılarının müsəlmanlar yaşayan məntəqələrdən keçməsinə icazə verilməyəcək. Bu xəbərdən sonra ifratçı sionist rejim partiyaları bəyanat yayaraq, yürüşün ləğv edilməsinə etiraz ediblər və bu qərarın Həmas qarşısında məğlubiyyəti qəbul etmək anlamına gəldiyini söyləyiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button