ArxivXəbər lentiXəbərlər

İslamçı məhbusları zindandan buraxmadılar

Azərbaycan prezidenti bir sıra tanınmış məhbusu əfv edib. Dindar məhbusların ailələrinin müraciətinə baxmayaraq, tanınmış inanclılar və ruhanilər azadlığa buraxılmayıblar.

Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış məhbuslar o cümlədən Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Akif Muradverdiyev, Anar Məmmədli, Sirac Kərimli, Nemət Pənahlı, Taleh Xasməmmədov, Rəşad Həsənov, Ömər Məmmədov və Məmməd Əzizovun da adları var.

İslamçı məhbus Bəxtiyar Qurbanov da bu gün azadlığa buraxılıb. Səbail Rayon Məhkəməsi Bəxtiyar Qurbanov və onun birlikdə həbs olunan Röyal Qurbanova 4 il 6 ay müddətinə həbs qərarı çıxarmışdı.

Qeyd edək ki, sərəncamla 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button