ArxivIslamSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

İsrail aparteidi hüquq müdafiə təşkilatlarının gündəmində

Nüfuzlu beynəlxalq hüquq müdafiə təşkilatı “Human Rights Watch” (HRW) dərc etdiyi 213 səhifəlik ən son məruzəsində ilk dəfə olaraq açıq şəkildə İsraili aparteid siyasətində ittiham edib.

İsrail aparteid rejiminə xas olan cinayətlər törətməyə və işğal altında saxladığı Fələstin torpaqlarında fələstinlilər üzərindəki hökmranlığa yönəlmiş təqibləri davam edir.

Təşkilatın mütəxəssislərinin fikrincə, İsrail milyonlarla fələstinlini təməl hüquqlardan məhrum edib.

İnsan Haqları Təşkilatı İsraili fələstinlilərin hesabına yəhudiləri imtiyazlarla təmin edən bütün növ sistematik təzyiq və diskriminasiyalardan imtina etməyə və yəhudilərin hökmranlığının təminatı üçün fələstinlilərə qarşı törədilən bütün digər hüquq pozuntularına son verməyə çağırıb.

Təşkilat həmçinin dünya dövlətlərini fərdi və ya kollektiv halda ictimai şəkildə İsrailin bu cinayətlərini qınamağa səsləyib. Bundan əlavə Beynəlxalq Cinayət Tribunalından İsrailin bu cinayətlərini araşdırmaq tələb edilib.

Sionist İsrail rejiminin işğal olunmuş Fələstin torpaqlarında irqi və dini ayrı-seçkiliklə məşğul olması əvvəllər də beynəlxalq ictimaiyyətin qınağına tuş gəlib, lakin sionist rejim nümayəndələri hər dəfə ittihamları rədd etmişlər.

Maraqlıdır ki, İsrailin belə inkar siyasətini bəzən onun yaxın müttəfiqləri də müdafiə etməkdə çətinlik çəkirlər. ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin Fələstin-İsrail münaqişəsi haqqında 2017-ci ildə işıq üzü görmüş kiçik kitabı bunun sadəcə olaraq kiçik bir nümunəsidir.

Kanada telekanalına müsahibə verən Cimmi Karter o vaxt demişdi: «Əgər israillilər İordan çayının qərb sahilindəki ərazilərin düz ortasında torpaqları tuturlarsa, sonra bu torpaqlarda tikdikləri iki yüzdən çox qəsəbəni yolla birləşdirirlərsə, və daha sonra isə fələstinlilərə bu yollardan istifadə etməyi, hətta bu yolu keçməyi belə qadağan edirlərsə, onda bu Fələstin tarixində yeni bir eranın başlanğıcı deməkdir. Elə bir eranın ki, buradakı quruluş Cənubi Afrika Respublikasının xalqı üçün olmuş aparteiddən də dəhşətli olmuşdur».
Yeri gəlmişkən bildirək ki, sionistlərin son məqsədi bədnam «Böyük İsrail dövləti» adlanan bir dövlətin yaradılması üçün hüquqi baza təşkil etməkdir. Bu planın həyata keçirilməsi çərçivəsində yəhudilərin yeni qəsəbələri tikilir və Fələstin rayonları ətrafında qapadıcı yollar salınır ki, bu rayonlarda yaşayan əhali öz torpaqlarının ərazi bütövlüyünü nə vaxtsa bərpa edəcəklərinə ümidlərini itirsinlər.
Bu gün, İordan çayının qərb sahilində və qərbi Qüdsdə yarım milyona yaxın qeyri-qanuni yəhudi köçkünləri yaşayırlar. Və bu səbəbdən də, sionistlərin sülh haqqında olan təklifləri belə, onların əsas yaşayış layihələrinin İordan çayının qərb sahilinin ilhaqı olduğunu bəlli edir. Rasistcəsinə inşa olunmuş beton hasar məsələsinə gəldikdə isə, onun tikintisi qəsəbələri və yolları fələstinlilərdən ayırmaq və sonradan isə bu əraziləri də İsrailə birləşdirmək niyyəti tamamilə göz qabağındadır.
Bəli, acı həqiqət budur ki, İsrailin sionist rejimi özünün şərtləri ilə bütün qanunları pozaraq  «qırmızı xəttləri» müəyyən edir və bundan fərqlənən heç bir şeyi qəbul etmir. Bu rejim Fələstin-İsrail münaqişəsi barədə yalnız elə siyasi müzakirə formalarını qəbul edir ki, bu, sionizmin maraqlarına uyğun olsun.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button