ArxivXəbər lentiXəbərlər

Ruhanilər Tale Bağırzadənin müdafiəsinə qalxdı

“Müsəlman Birliyi Hərəkatın”nın sədri, ilahiyyatçı Tale Bağırzadənin Yevlax şəhərində əli silahlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasıyla bağlı ruhanilər AzadXeber.az-a münasibət bildirib.

İmam Əli (ə) məscidinin axundu, ilahiyyatçı Əfqan Muradov:

“Tale Bağırzadə Azərbaycan xalqının birliyini və vəhdətini istəyən bir şəxsdir. Tale Bağırzadənin məqsədini və amalını anlamadıqları üçün, onun Azərbaycan xalqının rifahı üçün çalışdığını bilmədikləri üçün təzyiq edirlər. Tale Bağırzadə, azərbaycanlıdır və bu ölkənin vətəndaşıdır. Yaşayışında da İslam qaydalarını tətbiq edir. Tale Bağırzadə və hamımız istəyirik ki, müstəqilliyimiz, suverenliyimiz qorunub saxlanılsın və milli-mənəvi dəyərlərimizə hörmət olunsun”.

İlahiyyatçı Elçin Manafov:

“Hər bir ruhani və dindarlar hörmətə layiqdir. Yəni dindar kəsim fərqlidir. Hamı bilir ki, bu insanlar Allaha inanır və itaət edir. Xüsusən ruhanilər bu kəsimin öndə gedənidir. Yəni şəxslərə böyük hörmət qoyulmalıdır. Hər dəfə ruhanini yerli və ya yersiz saxlamaq yaxşı bir iş deyil. Bu yaxınlarda da Qurban bayramı oldu. Bizim intizarımız var idi ki, həbsdə olan qardaşlarımız, liderlər azadlığa buraxılsın. Bu dindar kəsimin etimadını qazanmaq üçün yaxşı bir fürsət idi. Çünki bunların gözəl insanları saxlamağı və əziyyət etməyi insanların etimadını azaldır. Tale Bağırzadə həmişə haqqı deyir, namuslu və qeyrətli insandır. Ona qarşı təzyiqlər yolverilməzdir”.

İlahiyyatçı Zülfüqar Mikayılzadə:

“Əvvəla şübhəsiz ki, bu təzyiqlərin və təqiblərin arxasında Tale Bağırzadəni öz tutduğu yolundan və apardığı mübarizədən çəkindirmək durur. Xüsusilə Yevlaxda silahla məscidə daxil olmaları və təhdid etmələrinin arxasında bu dayanırdı ki, Tale Bağırzadəni qorxutsunlar və qorxunun nəticəsində onu öz mövqeyindən çəkindirib müqavimət əzmini qırsınlar. Əsas məqsəd budur. İkinci məsələ budur ki, Tale Bağırzadə barədə ölkədə xof yaratsınlar ki, bu adama yaxınlaşmaq problemdir. Bu adamla kim həmkarlıq edərsə, kim onu qarşılayarsa, kim onun ətrafında olarsa öz üzərlərində təhlükə hiss etsin. Üçüncü məsələ də budur ki, ümumiyyətlə kim mübarizə aparırsa, kim haqqı deyirsə  və mövqeyindən çəkilmirsə ona qarşı həmişə təpki olacaq. Əleyhimizə atılan adddımlar daha da müqavimətimizi gücləndirəcək, daha da diqqətə gəlməyimizə və tanınmağımıza səbəb olacaq. Bunlar gərək məntiqli və ağıllı addımlar atsınlar. Təzyiqlə heç kimi, xüsusən də bizi heç kim yolumuzdan döndərə bilməz. Özləri də bunu yaxşı bilirlər. Onlar bilirlər ki, biz təzyiq qarşısında bir addım da geri atmamışıq”.

“Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin üzvü, ilahiyyatçı İsa Lənkərani:

“Hacı Tale milli mənəvi dəyərlərin qorunmasında Azərbaycan ucun muhum olan alimlərdəndir. Bugun bir azərbaycanlı Hacı Talenin tutduğu movqeyden narahatdırsa demek bizim memurların içində milli mənəvi dəyərlərin aradan getməsi uçun çalışanlar var. Biz Qurana iman etmişik. Allah Quranda bizləri zalımlarla mubarizəyə dəvət edir və bu mubarizədə qalib gələcəyimizidə bizə mujdə verib. Bizim buna şubhəmiz yoxdur. Bizim sozumuz budur. Hər kəs zalım olsa dinimizə, alimlərimizə, milli mənəvi dəyərlərimizə, Hacı Talehə və digər alimlərimizə qarşı mubarizə aparsalar məhv olacaqlar”.

“Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımov:

“Hər dəfə danışanda deyirlər ki, biz dövlətçiliyimizi hər şeydən üstün tuturuq. Amma təəssüf ki, çox zaman dövlətçiliyin qorunması adı altında öz hakimiyyətlərini qorumaq üçün istifadə edirlər. Hacı Tale Bağırzadə Azərbaycan dövlətini bu qəsbkar hakimiyyətdən qorumaq istədiyinə görə təzyiqlərə məruz qalır. Dəyərlərimizi aradan aparmaq istəyənlər Hacının varlığından narahat olurlar. İnanmıram dövlətini, millətini sevən, dəyərlərinə, milli kimliyinə hörmət bəsləyə bir şəxs Hacı Tale kimi haqq çarçısıyla müxalif ola. Xalqına xidmət edənə maneə yox şərait yaratmaq lazımdır. Sonuncu məlum hadisələri törədənləri biz məhkum edirik. Və bunun hakimiyyətin qorxaqlığından etdiyini düşünürük”.

– See more at: http://islaminsesi.org/index.php/lk/item/44538-ruhanilaer-tale-bagh-rzadaenin-mudafiaesinae-galkhd#sthash.4M7gcput.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button