AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanda dövlətin vəhabiliklə mübarizə fikrinə düşməsinin səbəblərinin təhlili

Azərbaycan DTX-nin ictimai əlaqələr şöbəsi DTX əməkdaşlarının terrorçuluğa qarşı əməliyyat keçirdiklərini və əməliyyat nəticəsində iki nəfər terrorçunun öldürülməsini xəbər verib.

Qafqaz Mədəniyyət mərkəzi- Məlumatda bildirilib ki, Azərbaycan Respublikasında terror aktları və silahlı basqınlar törətməyi planlaşdıran, ölkə hüdudlarından kənardakı silahlı münaqişələrdə iştirak edən terrorçu silahlı birləşmələrin tabeçiliyini qəbul edərək onlarla əlaqəli qanunsuz fəaliyyət göstərən silahlı dəstə yaradıldığı barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib. Ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında hərəkət edən “Qafqaz camaatı” adlı terrorçu qrupun üç üzvü Türkiyə səfərindən qayıdarkən Bakı-Ələt yolunda hərəkət edən avtobusda DTX əməkdaşlarının mühasirəsinə düşüblər. Terrorçularla DTX əməkdaşları arasında baş verən atışma nəticəsində A. Quliyev və F. Rüstəmov öldürülmüş, A. Gülməmmədov isə həbs edilmişdir.
Bu əməliyyat Bakı dövlətinin sözdən əlavə, əməldə də terrroçularla mübarizə apardığını göstərir. Ona görə də Azərbaycan, İran və Rusiya dövlət başçılarının Bakı görüşündə Azərbaycanın dövlət məsulları məntəqədə terrorizmlə mübarizə aparmaq üçün ortaq məsləhətləşməyə təkid etdilər. Ancaq Cənubi Qafqaz dairəsi üzrə təhlilçiləri maraqlandıran məsələ budur ki, Bakı dövləti nə üçün dini radikalizmin belə inkişaf etməsinə şərait yaratdı və indi terrorizmlə ciddi mübarizə etməyin lazım olması nəticəsinə çatmışdır?
Azərbaycan hakimiyyəti müstəqillikdən sonra kommunistlərin yolunu davam etdi və ölkənin yeni konstitusiyasında dinin siyasətdən ayrı olması qeyd edildi. Digər tərəfdən dövlətin din siyasəti şiəliyin genişlənməsinin qarşısınıa almaq üzərində quruldu. Bunun həyata keçməsi üçün dövlət siyasətçiləri ölkədə vəhabiliyi gücləndirməyi və şiələri vəhabilərlə toqquşdurmağı ən münasib yol kimi gördülər. Azərbaycanın dövlət adamları belə düşünürdü ki, ölkədə şiələrin başını vəhabi məsələsinə o qədər qatmalıdır ki, hökuməti dəyişdirmək fikri onların yadından çıxsın. Azərbaycan dövlət başçılarının şiələrdən qorxmasının səbəbini onların İranda İslam inqilabından qorxmasında axtarmaq lazımdır.Bakı hökuməti elə düşünürdü ki, Azərbaycan şiələri İranın İslam inqilabından təsirlənərək bir gün Azərbaycanda İslam inqilabı edəcəklər. Ona görə də hökumət cəmiyyətin dini tərkibini dəyişmək və şiə hərəkatları ilə mübarizə aparmaq üçün vəhabiləşməyə və vəhabiliyin güclənməsinə şərait yaratdılar. Azərbaycanda vəhabilik ərəb ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanının köməyi ilə yaradıldı və kommunist zamanında ölkədə yaranmış dini boşluğa görə Azərbaycan əhalisi vəhabilərin təbliğatına maraqlandılar və vəhabiliyə cəzb oldular. Azərbaycan hökuməti də özünün din siyasəti çərçivəsində azəri vəhabilərin fəaliyyəti üçün imkan yaratdı. Habelə, vəhabiliyi dəstəkləyən ərəb ölkələri xeyriyyə işləri formasında az təminatlı əhali arasında nüfuz etdi və maddi yardımlarla yanaşı geniş təbliğatlara başladılar. Digər tərəfdən də vəhabi təriqətinin Amerika və sionist rejimlə gizli və aşkar əlaqələrinə diqqət etməklə vəhabiliyin Azərbaycanda daha çox inkişafı və güclənməsi onların siyasi, iqtisadi, hərbi və digər sahələrdə xeyirlərinə idi. Ona görə də vəhabiliyin Azərbaycanda inkişafına Amerika və İsrail də dəstək verirdi. Bu proses Suriya böhranı başlayana qədər belə davam etdi. Azəri vəhabi rəhbərlərinin təbliğatının ardınca çoxlu sayda Azərbaycan vətəndaşı terrorçu qruplaşmalara qoşulmaq üçün Suriyaya göndərildi. Bakı dövləti əvvəl öz vətəndaşlarının terror qruplarına qoşulmasının fərqinə varmırdı. Ancaq İŞİD-in azəri üzvləri İlham Əliyevi qəsbkar adlandırdıqdan və dövlətin devrilməsinin lüzumunu elan etdikdən sonra vəziyyət dəyişdi. İŞİD-in Bakı hakimiyyətini təhdid etməsi onların öz zərərinə tamamlandı. Dövlət vəhabilərin güclənməsinin onlara faydası olmadığını, üstəlik bunun ölkədə təhlükəsizliyin artmasına səbəb olduğunu və vətəndaşlarının üçüncü ölkədə azğın vəhabi təriqətinin ardıcılı olaraq regional və transregional güclərin məntəqədə istəklərinin həyata keçməsi uğrunda öldüklərini anladı. Bundan sonra ölkədə azəri vəhabilərinin fəaliyyətlərini izləməyə başladı. Vəhabilərə bağlı bir sıra məscidlər bağlandı, Suriyada müharibədən yorularaq ölkəyə qayıtmış terrorçular həbs edildi.
Hazırda dövlətin din siyasəti nəzərə çarpacaq həddə dəyişiklərə düçür olmuşdur və dövlət şiələri əzməklə yanaşı (Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırovun həbsində bunu müşahidə etdik) vəhabilərlə mübarizəni də öz gündəliyinə salmışdır. Dünənə qədər təkcə şiələrlə düşmənçilik edən Bakı dövləti indi vəhabiləri də özünün düşməni hesab edir. Dövlət bu mövzunu yaxşı başa düşür ki, Suriyada böhran bitdikdən sonra azəri terrorçular vətənə qayıdacaq və ölkə üçün problemlər yaradacaq. Ancaq hazırkı şəraitdə dövlət öz qarşısında iki yol görür. Birincisi budur ki, daxildə dini radikalizmi məhv etsin. İkincisi, terrorizmlə mübarizədə qonşu ölkələrə əl uzatsın. Çünki Azərbaycan təkbaşına terrorizmlə mübarizə edə bilməyəcək və bunun üçün regional əməkdaşlığa ehtiyac duyur.
İran Azərbaycanın qonşusu olaraq Qafqaz məntəqəsində terrorizmin güclənməsinə görə narahatdır. Sözsüz ki, İran sərhədlərində terrorçu yaradan məntəqələrin formalaşması bir sıra təhlükəsizlik problemləri yaracadaq. Bakı dövlətinin təklifindən sonra İran da terrorizmə qarşı ortaq mübarizəyə razılığını bildirdi. Digər tərəfdən Rusiya bu ittifaqın üçüncü bucağı kimi özü də Şimali Qafqazda terrorizmlə mübarizə vəziyyətindədir. Bu məsələ dini ekstremizm və terrorizmlə mübarizədə İran və Azərbaycan ölkələrinə kömək edə bilər. Hazırkı durumda bu sual qarşıya çıxa bilər ki, Azərbaycanın terrorizmlə mübarizə aparmaq üçün qonşu ölkələrdən kömək istəməsinin səbəbi nədir? Bakı dövləti Qafqaz məntəqəsində terrorizmin genişlənməsinin əsas amili kimi Amerikanı görür. Bakı və Vaşinqton arasında dostluq münasibətlərinin mövcudluğuna baxmayaraq Azərbaycan rəsmiləri Amerikanın məntəqədə sabitsizlik yaratmasından narahatdır. Ona görə də Tehran və Moskva ilə qeyri-rəsmi şəkildə ittifaqa girmişdir.
Sonda bu məsələyə işarə etmək lazımdır ki, hal-hazırda Cənubi Qafqaz məntəqəsinin sabitliyinin pozulması İranın milli təhlükəsizliyi üçün də pis təsir qoya bilər. Ona görə də Bakı-Tehran arasında bir sıra ixtilafların olmasına və Azərbaycanın sekülar dövlət rəhərlərinin anti-şiə siyasətlərinə baxmayaraq təklif olunur ki, hazırkı durumda İran və Azərbaycan arasındakı ixtilaflar sabit saxlanılsın, dini ekstremizm və terrorla mübarizə aparmaq üçün Azərbaycan rəsmilərinin İrandan kömək istəməsinə müsbət cavab verilsin.
Təcrübə sübut etmişdir ki, ideoloji qaynağı olan bu qruplarla fiziki qarşılaşma yalnız həyəcanlı bir vəziyyət yaranmasına kömək edir. Ona görə də belə nəzərə gəlir ki, Azərbaycanda vəhabiliklə mübarizə aparmaq üçün ən yaxşı yol öz əsli kimliyə qayıtmaq, camiədə kökü olan təfəkkürün, yəni şiə ideologiyasının genişlənməsinə mane olmamaqdır. İran bu mövzuda Azərbaycan dövlət xadimlərinə təsirli məsləhətlər verə bilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button