ArxivIslamNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İslamçı fəal cinayətkarların cəzalandırılmasını tələb etdi

 MBH sədri Tale Bağırzadənin bu barədə Qobustan Həbsxanasından yaydığı bəyanatda deyilir:

“Aclıq aksiyasının dayandırılmasıyla əlaqəli çoxsaylı çağırışlar, önəmli şəxsiyyətlərin müraciəti, həbsxanalarda bizimlə birgə aclıq aksiyasına qoşulan dəyərli və cəsarətli qardaşlarımızın səhhətlərində yaranan problemləri və onların əziz ailələrinin  narahatçılığını nəzərə alaraq bu gündən etibarən aclıq aksiyasını dayandırıram. Ancaq mübarizəni əsla dayandırmırıq.”

İslamçı məhbus öz bəyanatında qeyd edir ki, bundan sonra da məmurlar tərəfindən Allahı söyərək təhqir edən, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə, zorakılıq, şəxsiyyəti alçaldan halların qarşısı alınmayana kimi, həmin cinayətkarlar cəzalanmayana kimi hər cümə günü sivil etiraz aksiyaları davam edəcək.

Qeyd edək ki, Tale Bağırzadə iyunun 3-də aclıq aksiyasına başlamış və bir qrup dindar məhbus həmrəylik əlaməti olaraq onun başlatdığı aksiyaya qoşulmuşdu. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button