AktualAktualIslamXəbər lentiXəbərlər

İslam Partiyasının rayon komitələrindən etiraz bəyanatı

Komitələr partiya sədrinə qarşı ədalətsiz münasibətə son qoyulmasını istəyirlər

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun heç bir səbəb göstərilmədən 11 saylı cəzacəkmə müəssisəsindən daha ağır şəraitli 12 saylı həbsxanaya köçürülməsi və dərhal xüsusi cəza təcridxanasına salınması ilə əlaqədar partiyanın rayon komitələri etiraz bəyanatı veriblər. 

 
FaktXəbər-in partiyanın mərbuat xidmətinə istinadən verdiyi məlumata görə, bir neçə gündür rayon komitələri mərkəzi qərərgahla əlaqə yaradaraq ictimaiyyətin bu haqsızlıqlara qarşı etirazlarını çatdırırlar. 
 
Partiyanın Lənkəran, Biləsuvar, Astara, Salyan, Saatlı, Neftçala, Tərtər, Quba və Ağstafa komitələrindən daxil olan bəyanatlarda bildirilir ki, Mövsüm Səmədovu insanlar dürüst, haqsızlıq qarşısında susmayan, ədalətli və vicdanlı insan kimi tanıyırlar. Hamı da yaxşı bilir ki, bu halal insanın haqqında irəli sürülən cinayət tərkibi quramadır və saxtadır: “Onun kimi şəxsiyyətə qarşı təşkil olunan bu yalançı ittihamlara görə, rayon dindarları narazılıqlarını gizlətmirlər. Amma son günlər onun barəsində yol verilən haqsızlıqlar və qərəzli münasibət insanların səbr kasasını daşırıb. Hamı bu vəziyyətə etiraz etmək üçün küçələrə axışmaq istəyir. Biz rəsmən bəyan edirik ki, AİP sədrinə qarşı bu haqsızlıqlara son qoyulmasa, öz sözümüzü deyəcəyik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button