ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İslam ölkələri İsveçlə əlaqələrini kəsməlidir

 Yəmən müftisi İslam ölkələrindən İsveç və İslamın müqəddəs kitablarına açıq düşmənçilik edən bütün ölkələrlə diplomatik əlaqələri kəsməyi tələb edib.
Yəmən müftisi Şəmsəddin Şərafəddin bazar ertəsi verdiyi açıqlamada deyib: “Bu ölkə Allahın, Rəsulunun (s) və Kitabının düşmənlərinin bədxah əməllərini pisləyir və onların bu hərəkətlərinə ikrah hissini bildirir. Yəmən xalqı Qurana qarşı edilən bu hörmətsizlik qarşısında güzəştə getməyəcək və Allahın dininə kömək etmək məsuliyyətini yerinə yetirəcək. İsveç belə iyrənc əməllərin təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir. Müsəlman alimlərinin vəzifəsi İslam ümmətinin müqəddəslərə hörmətsizliyə reaksiya verməsini təmin etmək və bu mövzuda öz öhdəliklərini yerinə yetirməkdir”.
Yəmən müftisi həmçinin islam ölkələrindən İsveç və İslami kitaba açıq düşmənçilik edən bütün ölkələrlə diplomatik əlaqələri kəsməyi tələb edib.
Türkiyənin Stokholmdakı səfirliyi qarşısında ekstremist qrup Quranı yandırarkən Türkiyə və İran kimi bəzi İslam ölkələri buna sərt reaksiya verib. İsveç polisinin sözçüsü İslam əleyhinə aksiyada Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının qurucusu Rasmus Paludana Türkiyə səfirliyi qarşısında yürüş zamanı Qurani-Kərimi yandırmağa icazə verdiyini açıqlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button