AktualAktualArxivFilm​IslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

İslam inqilabının aliməqam rəhbərinin həcc müraciəti-2022- TAM MƏTN +VİDEO

بسم‌اللّه‌الرّحمن‌الرّحیم والحمد للّه ربّ العالمین و صلّی اللّه علی محمّد المصطفی و آله الطّاهرین و صحبه المنتجبین

Əziz və Həkim Allaha həmd olsun ki, mübarək həcc mövsumunu bir daha müsəlman xalqların vəd yeri qərar verdi və bu fəzl və rəhmət yolunu onların üzünə açdı. Müsəlman ümmət bu gün bir daha özünün birlik və bütövlüyünü bu şəffaf və əbədi güzgüdə müşahidə edə və təfriqə meyillərindən üz döndərə bilər. 
Müsəlmanların vəhdəti həccin iki əsas təməlindən biridir və bu sirli fərizənin digər əsas təməli olan zikr və mənəviyyətlə yanaşı olduğundan, islam ümmətini izzət və səadətin zirvəsinə qaldıra və onu «وَ لِلَّهِ العِزَّةُ وَ لِرَسولِهِ وَ لِلمُؤمِنین»  nümunəsinə çevirə bilər. Həcc bu iki siyasi və mənəvi ünsürün sintezidir və müqəddəs islam dini siyasət və mənəviyyətin təntənəli tərkibidir.
Yaxın keçmişdə müsəlman xalqların düşmənləri  bu iki həyatverici iksir, yəni vəhdət və mənəviyyəti sarsıtmaq üçün böyük səy göstərmişlər. Mənəvi ruhdan məhrum olan və dayaz maddi görüşü ehtiva edən qərb sayağı həyat tərzinə rəvac verməklə mənəviyyəti kövrəldir və dil, rəng, soy və coğrafiya kimi mövhum təfriqəçi meyilləri gücləndirməklə vəhdəti çətinləşdirirlər. 
Kiçik nümunəsi simvolik xarakter daşıyan həcc mərasimində müşahidə olunan islam ümməti, bütün varlığı ilə bunlara qarşı çıxmalıdır; başqa sözlə bir tərəfdən Allahı yad etmək, Allaha xatir etmək, Allahın kəlamını düşünmək, Allahın vədlərinə inanmağı özünün ümumi düşüncəsində gücləndirməli, digər tərəfdən isə ixtilaf və təfriqəçi fikirlərə qalib gəlməlidir. 
Bu gün qətiyyətlə deyiləsi mövzu bundan ibarətdir ki, bu dəyərli səy üçün dünya və islam dünyasının şəraiti həmişəkindən daha əlverişlidir. 
Ona görə ki, birinci: Bu gün müsəlman ölkələrin elitası və xalq kütlələri özünün zəngin mərifət və mənəvi sərvətinə diqqətli olub və onun əhəmiyyəti və dəyərini başa düşüb. Bu gün artıq qərb sivilizasiyasının ən önəmli töhfəsi olan liberalizm və kommunizm artıq yüz il yaxud əlli il bundan qabaqkı cazibədarlığa malik deyil. Pul üzərində qurulan qərbin demokratiyasının abırısı ciddi sual işarəsi ilə üz-üzədir və qərb mütəfəkkirləri mərifət və əməldə başlarını itirdiklərini etiraf edirlər. 
İslam dünyasında gənclər, alimlər, elm və din adamları bu durumu gördükdə özlərinin mərifət sərvəti barədə yeni düşüncəyə eləcə də öz ölkələrindəki mövcud siyasi müstəviyə nail olurlar, bu isə daima xatırladığımız həmən islami oyanış deməkdir. 
İkinci: Bu islami özünü dərketmə islam dünyasının mərkəzində heyrətamiz və möcüzəvi fenemon yaradıb və zalım qüclər onun qarşısında ciddi problem yaşayırlar. Bu fenomenin adı “müqavimət” , onun həqiqəti isə iman, cihad və təvəkkülün təzahürüdür. Bu fenomenin nümunəsi barədə ilkin islam dövründə bu şərif ayə nazil olmuşdur: 
اَلَّذینَ قالَ لَهُمُ النّاسُ اِنَّ النّاسَ قَد جَمَعوا لَکُم فَاخشَوهُم فَزادَهُم ایمانًا وَ قالوا حَسبُنَا اللَّهُ وَ نِعمَ الوَکیلُ* فَانقَلَبوا بِنِعمَةٍ مِنَ اللَّهِ وَ فَضلٍ لَم یَمسَسهُم سوءٌ وَ اتَّبَعوا رِضوانَ اللَّهِ وَ اللَّهُ ذو فَضلٍ عَظیم. 
Fələstin səhnəsi bu heyrətamiz fenomenin təzahür etdiyi yerlərdən biridir və işğalçı sionist rejimi hücumçu və bağıran mövqedən təsir altında müdafiəçi mövqeyə yönəldib və hazırkı görünən siyasi, təhlükəsizlik və iqtisadi problemləri ona qəbul etdirir. Müqavimətin digər parlaq nümunələrini Livan, İraq və Yəməndə eləcə də digər yerlərdə açıq-aşkar müşahidə etmək olar. 
Üçüncü: Bütün bunlarla yanaşı bu gün dünya islami İranda siyasi güc və dövlətçiliyin uğurlu bir nümunəsinin şahididir. İslam Respublikasının stabilliyi, müstəqilliyi, tərəqqi və izzəti çox böyük,mənali və cazibəli hadisə olaraq hər bir oyaq müsəlmanın düşüncə və hissini özünə cəlb edə bilər. İslami hökumətin bütün bərəkətlərinin əldə olunmasını təxirə salan bu quruluşun biz rəhbərlərinin bəzi səhvləri, bu quruluşun əsas prinsiplərindən mənşə alan möhkəm təməllər və qırılmaz addımları sarsıda, maddi və mənəvi tərəqqini dayandıra bilməmişdir. 
Bu əsas prinsiplərin başında qanunvericilikdə və icrada islamın hakimiyyəti, ölkənin bütün idarəçilik məsələlərində ən önəmli amil kimi xalqın səsinə arxalanmaq və zalım güclərə meyl etməmək dayanır və bu prinsiplər müsəlman xalqlar və dövlətlərin ortaq nöqtəsi ola, islam ümmətini istiqamət götürmədə və əməkdaşlıqlarda birləşdirə və bütövləşdirə bilər.
Bunlar birlik və bütövlüyə doğru hərəkət üçün islam dünnyasının hazırkı əlverişli şəraitini yaratmışdır. Müsəlman dövlətlər və dini və elmi elita, müstəqil ziyalılar və həqiqətsevər gənclər bu əlverişli zəminlərdən faydalanmağa daha çox düşünməlidirlər. 
Zalım qüclər və daha çox Amerikanın islam dünyasındakı bu kimi meyillənmədən nigaran qalmaları və bütün imkanlarını onunla qarşılaşmağa yönəltmələri təbiidir. Mediya imperiyasından tutmuş yumşaq müharibə metodları, militarizasiya və vasitəçi müharibələr, siyasi avantura və məlumat sızdırma, hədələmə, tamahlandırma, rüşvət vermə…bütün bunlar Ameirka və digər zalım qüvvələr tərəfindən islam dünyasını oyanış və səadət istiqamətindən yayındırmaq üçün istifadə olunmaqdadır. Bu regiondakı cinayətkar və üzüqara sionist rejim də bu hərtərəfli cəhdlərin vasitələrindən biridir. Allahın fəzl və iradəsi ilə bu cəhdlər bir çox hallarda nakam qalıb və zalım qərb, bizim həssas regionumuzda və son vaxtlar bütün dünyada gün-gündən zəifləyir. Amerika və onun cinayətkar əlbiri olan qəsibkar sionist rejimin regiondakı nakamlığı və pərişanlığını Fələstin, Livan, Suriya, İraq, Yəmən və Əfqanıstanda gedən hadisələr fonunda açıq-aşkar görmək olar. 
Qarşı tərəfdə islam dünyası tam stimullu və ruh yüksəkliyinə malik olan gənclərlə aşıb-daşır. Bu gələcəyi qurmaq, ümid və özünə inam üçün ən böyük sərmayədir hansı ki, bu gün islam dünyasında xüsusiylə də bu region ölkələrində bu sərmayə dalğalanmaqdadır
Bu sərmayəni qoruyub-saxlamaq və onu artırmaqda hamımız məsuliyyət daşıyırıq. Bütün bunlarla belə düşmənin hiyləsindən qafil olmaq olmaz; təkəbbür və qiflətdən çəkinək və öz səylərimizi, ayıqlığımızı artıraq və bütün hallarda Allaha diqqət və yalvarışla qadir və həkim Allahdan yardım diləyək. Həcc mərasimində iştirak, Allaha təvəkkül və yalvarmaq, eləcə də düşünmək və qərar vermək üçün böyük fürsətdir. 
Dünya boyu müsəlman qardaş və bacıları dua edin, Allahdan onlara uğur və qələbə diləyin. Öz pak dualarınızda bu qardaşınıza da ilahi hidayət və kömək nəzərdə tutun. 
Vəssəlamu ələykum və rəhmətullah
Seyid Əli Xamenei

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button