ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Putin Prezident seçkilərində namizəd olacağını deyib

Mən Rusiyanın Prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ilin martında keçiriləcək Prezident seçkilərində iştirak edəcəyini bildirib.

Bu barədə Putin dekabrın 8-də Kremldə “Vətən Qəhrəmanları Günü” münasibətilə keçirilən mərasimdə danışıb.

Mən Rusiyanın Prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, – deyə Putin vurğulayıb.

V.Putinin dövlət başçısı kimi hazırkı səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır.

Rusiyada növbəti Prezident seçkiləri martın 17-nə təyin edilib.

2024-cü ilin martın 17-də Rusiyada Prezident seçkiləri keçiriləcək.

Dekabrın 7-də Rusiya Federal Məclisinin Federasiya Şurası bu barədə qərar qəbul edib.

Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.

Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplamışdı.

Əgər 2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.

2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.

O, hazırda Təhlükəsizlik Şurasının sədridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button