ArxivXəbər lentiXəbərlər

Azərbaycan R. və Ermənistan prezidentlərinin görüşü xəbəri təsdiq olunub

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Azərbaycan R. və Ermənistan prezidentlərinin iyunun sonunda keçiriləcək görüşü xəbərini təsdiq edib.

Trend-in məlumatına görə, Ceyms Uorlik deyib ki, detallar hələlik elan olunmur, amma görüşün iyunun sonunda keçirilməsi qətiləşibdir.

Uorlik həmçinin Vyanada Azərbaycan R. və Ermənistan prezidentləri arasında əldə olunmuş razılıqların davamına ümidvarlıq edib.

Qeyd edək ki, cümə axşamı günü Rusiya Xarici İşlər Nazirliyinin saytı bu ölkənin xarici işlər naziri müavini Qriqori Karasinin Moskvada Fransa səfiri Jan Moris Riber ilə görüşü və onların Azərbaycan R., Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda görüşü barədə danışmaları və “Qarabağ” iclasının detalları ilə bağlı xəbəri götürmüşdü.

Bu xəbərdə habelə Azərbaycan R. və Ermənistan prezidentlərinin Vladimir Putinin hüzurunda görüşünün zamanı iyunun sonları elan olunmuşdu.

Azərbaycan R. və Ermənistan prezidentləri ATƏT-in nəzarəti ilə Vyanada keçirilmiş 16 may görüşündən sonra müştərək bəyanat yayaraq, bildiriblər ki, iki ölkə Qarabağ münaqişəsi üçün dinc həll yolunun və razılığın əldə olunması zamanınadək atəşkəsə riayət edilməsi və müzakirələrin davam etdirilməsinə sadiq qalacaq.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button