ArxivIslamXəbər lentiXəbərlər

Ramazan ayının 15-ci günün duası və işarə olunan incə mətləblər

Bu ayın hər gününün xüsui duası vardır ki, həcmcə kiçik görünsələr belə dərin mənası, böyük ehtivası vardır.
 Allah Rəsulu (s) buyurub ki, bu ayın hər anı rəhmətdir, bərəkətdir. Hətta oruc tutan möminin çəkdiyi hər nəfəsi zikr, yuxusu belə ibadətdir.
Bu gün ramazan ayının 15-ci günüdür. Bu ayda hər günün özünəməxsus  duası və fəzilət dolu namazı vardır.
15-ci günün duası
اللهمّ ارْزُقْنی فیهِ طاعَةَ الخاشِعین واشْرَحْ فیهِ صَدْری بإنابَةِ المُخْبتینَ بأمانِکَ یا أمانَ الخائِفین.
Allahummərzuqni fihi taətəl-хaşiin vəş-rəh fihi sədri biinabətil-muхbitin biəmanikə ya amanəl хaifin!
Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir ey qorхanların sığınacağı!
Bu ayın duaları həcmcə kiçik görsənsə belə özündə böyük mənalar, dərin etiqadlar ehtiva edir. Bu günün duasının möhtəvası:
1.İnsan rəbbindən diləməklə Onu təsdiq edir.
2.Bu ay- deməklə ramazan ayına əhəmiyyət verir
2.Allahın böyüklüyünü, özünün kiçikliyini iqrar edir
3.Mütiliyi dilə gətirməklə bu kimi insanlaraın var olduğunu, onların həqiqi ibadətinə işarə edir.
4.İtaət və təvazö kimi bir dəyəri bilir və bunlara dəyər verir.
5.Tövbə itaətdə və təvazökarlıqdadır.
6.Tövbəyə yetişmək üçün qəlbi Mütəal Allah açmalıdır.
7.Həqiqi pənah verən yalnız Allahdır!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button