ArxivXəbər lentiXəbərlər

Türkiyədə həbs olunan İŞİD-in “Qafqaz əmiri” Azərbaycanda hansı cinayətə görə tutulubmuş?

Türkiyədə həbs olunan İŞİD-in “Qafqaz əmiri” Zaman Piriyev Azərbaycanda 6 il əvvəl məhkum olması faktı aşkar edilib

İslamazeri.az xəbər verirki, bu gün Türkiyə mediası və ölkə mediası İŞİD-in “Qafqaz əmiri”, Azərbaycan vətəndaşı Zaman Piriyevin həbs olunması məlumatını yayıblar. “Avropa.info” bildirir ki, təxminən bir həftə öncə Piriyev, Yalovada keçirilən xüsusi əməliyyat zamanı polis tərəfindən saxlanılıb. Onun İŞİD-in paytaxtı sayılan Suriyanın Raqqa şəhərindən gələn təşkilat üzvləri ilə görüşdüyü və Çiftlik qəsəbəsində bir evdə qaldığı bildirilir. Türk mətbuatının yazdığına görə Türkiyədə genişmiqyaslı bombalı hücum planı hazırlayan Piriyev və digər İŞİD üzvləri Yalova polis idarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İslamazeri.az Zaman Piriyevin kim olması haqqında araşdırma aparıb. Araşdırma zamanı onun əvvəllərdə cinayətkar qruplaşmalarda üzv olduğu məlum olub. Zaman Piriyev ləğv edilmiş MTN-in xüsusi əməliyyatı ilə 2010-ci ildə bir neçə nəfər ilə birlikdə həbs olunub. Digər məlumata görə, Piriyev 2008-ci ildə Tərtərdə N saylı hərbi hissəyə hücum edərək əsgərimizi qətlə yetirən vəhhabi qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı tutulub və üzərində “f1” əl qumbarası aşkar edilib. Barəsində cinayət işi açılıb və 2012-ci ildə CÇM-nin birindən vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. Həbs həyatı yaşadığı müddətdə, cəza çəkdiyi müəssisədə vəhhabilərə liderlik edən Zaman Piriyevin ara-sıra şiələrlə insident yaradıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button