İraqda 7 gün matəm elan edilib və araşdırmaya başlanılıb
Ötən gecə İraqın şimalında toy mərasimində baş verən ölümcül yanğından sonra Neynəva valisi bu vilayətdə bir həftə matəm elan edib və prezident hadisə ilə bağlı istintaqın aparılmasına göstəriş verib.
Ötən gecə İraqın şimalındakı Neynəva vilayətində yerləşən Əl-Həmdaniyyə bölgəsində şadlıq sarayında baş verən ölümcül yanğından sonra bu vilayətdə 7 günlük matəm elan edilib və İraq prezidenti Məhəmməd Şia Əl-Sudani hadisə ilə bağlı ətraflı araşdırmanın aparılmasına və gələcəkdə belə bir hadisənin təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsinə əmr edib.
İraqın rəsmi xəbər agentliyi baş verən yanğın nəticəsində 100 nəfərin öldüyünü və 150-dən çox yaralının qeydə alındığını açıqlayıb. Lakin bu xəbərin dərcindən bir neçə dəqiqə sonra məlumatlı mənbələr qurbanların sayının artdığını bildiriblər.
İraqın Qızıl Aypara Təşkilatı qurbanların sayının 450 ölü və yaralıya çatdığını açıqlayıb.
İraqın Mülki Müdafiə İdarəsi ilkin məlumatlara və mövcud videoya əsasən bildirib ki, toy mərasimi zamanı atəşfəşanlıqdan istifadə edilib və bu, zalın içərisində yanğınların yaranmasına səbəb olub.
İraqın baş nazir Məhəmməd Şia Əl-Sudani yanğından dərhal sonra daxili işlər və səhiyyə nazirinə baş verən yanğından zərər çəkənlərə yardım göstərmək üçün bütün səyləri səfərbər etməyi tapşırıb.
İraq prezidenti Əbdül Lətif Camal Rəşid də deyib: “Əl-Həmdaniyyə bölgəsində uşaqlarımızın başına gələnlər ağrılı bir faciə və bizim və bütün iraqlıların ürəyini parçalayan qəzadır. İstintaqın açılmasının, qəzanın baş vermə səbəblərinin öyrənilməsi və onun təkrarlanmasının qarşısını almaq üçün bütün təhlükəsizlik tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq.
İraqın Milli Hikmət Cərəyanının rəhbəri Seyid Əmmar Həkim də hadisə qurbanlarının ailələrinə və yaxınlarına və İraq xalqına başsağlığı verib və deyib: “Əl-Həmdaniyyə faciəsi və digər oxşar hadisələr bizi təhlükəsizlik və maarifləndirmə tədbirlərinin vacibliyini dərk etməyə vadar edir”.