İraqın rəsmi xəbər agentliyi İNA-nın məlumatına görə, Silahlı Qüvvələrin Baş Komandanı sözçüsü general-leytenant Yəhya Rəsul Baş nazir və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd Şia əs-Sudaninin İran və Türkiyə sərhədləri boyunca, sıfır xəttini qorumaq üçün İraq sərhəd qüvvələrinin yerləşdirilməsinə əmr verdiyini açıqlayıb.
Yəhya Rəsul İraq torpaqlarından istifadə edərək qonşu ölkələrə hücumu qəbul etmədiklərini və icazə verməyəcəklərini vurğulayıb.
İraqın bütün qonşu ölkələrlə yaxşı münasibətləri olduğunu bildirən Yəhya Rəsul deyib:
“Biz əlaqələrimizi İraq və qonşu ölkələrin maraqlarına uyğun inkişaf etdirmək istəyirik”.